Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:24

Pir Hüseyn xanəgahı muzeyinin təqdimatı olub


Bu gün Şirvanşahlar Sarayı Kompleksi ərazisində XIII əsr abidəsi olan Pir Hüseyn xanəgahı tarixi-memarlıq muzeyinin təqdimatı olub.

Tədbirdə Hacıqabul rayonu ərazisində tapılan arxeoloji və etnoqrafik eksponatlar nümayiş etdirilib.

Tarıxçi alim Məşədixanım Nemətova Pir Hüseyn xanəgahının tarixi ilə bağlı iştirakçılara məlumat verib, tarixi abidələrimizin bərpası yönündə görülən işlərdən danışıb.

Pir Hüseyn xanəgahı 1939-1940-cı illərdə tədqiq edilib, 1956-1965-ci illərdə bu kompleksdə bir sıra bərpa işləri aparılıb. 2007-ci ildə isə Pir Hüseyn xanəgahında əsaslı təmir işləri aparılaraq abidəyə muzey statusu verilib.
XS
SM
MD
LG