Avqustun 24-də ATƏT-in Bakı Ofisinin təşəbbüsü ilə medianın Azərbaycanda keçiriləcək parlament seçkilərini sərbəst şəkildə işıqlandırması ilə bağlı dəyirmi masa keçiriləcək.
Bu barədə qurumun Bakı Ofisinin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, tədbirdə hökumət nümayəndələri, siyasi partiyaların, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların təmsilçiləri və KİV əməkdaşları iştirak edəcəklər. Parlament seçkilərinin işıqlandırılmasında mətbuatın rolu, bu istiqamətdə beynəlxalq təcrübə müzakirə olunacaq.
Bu, ATƏT-in Bakı Ofisinin parlament seçkiləri ilə bağlı təşkil etdiyi sayca üçüncü dəyirmi masadır.
Bundan əvvəlki tədbirlər sərbəst toplaşma azadlığı haqqında qanun, seçki prosesinə qanunsuz müdaxilələr, seçki komissiyalarının tərkibi, namizədlərin qeydiyyatı və seçki şikayətlərinə həsr olunub.
Azərbaycanda parlament seçkilərinin bu ilin noyabrında keçiriləcəyi gözlənilir.