Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Moskvada polis rok konsertinin keçirilməsinə imkan vermir


Rusiyada rok konserti keçirməyə çalışan insan haqları fəallarına naməlum adamlar hücum edib. Aksiyanın təşkilatçıları avqustun 22-də Moskvada Puşkin küçəsindən keçərkən musiqi alətləri daşıyan maşına kimliyi məluma olmayan adamların hücum çəkdiklərini deyirlər.

Şəhər rəhbərliyi fəallara Puşkin meydanında etiraz aksiyası keçirməyə razılaşıb, amma orada rok konsertinin təşkilinə icazə verməyib. Buna görə polis əvvəlcə etiraz askiyasına musiqi alətlərinin, səsgücləndiricilərin buraxılmasına imkan verməyib. Amma az sonra bir neçə belə alətin meydana gətirilməsi razılaşdırılıb.

Səhər saatlarında Solidarnost adlı müxalifət hərəkatının təmsilçilərindən olan Lev Ponomaryov həbs edilib. Müxalifət bunu konsertin keçirilməməsi üçün onlara xəbərdarlıq olduğunu deyirlər.

İnsan haqları fəalları bu aksiya ilə Moskva Leninqrad magistral yolunun tikintisi üçün Ximiki meşəsində ağacların qırılmasına etiraz edirlər.
XS
SM
MD
LG