Eynulla Fətullayev deputatlığa namizədliyini verə bilməz. Bunu jurnalistlərə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
Fərhad Abdullayev onu da bildirib ki, Eynulla Fətullayevlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərardan Azərbaycan tərəfinin Böyük Palataya verdiyi şikayətlə bağlı hələ bir nəticə yoxdur.