Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:17

Markesdən həyat haqda deyimlər


Ədəbiyyat sahəsində 1982-ci ilin Nobel mükafatı laureatı, kolumbiyalı yazıçı Gabriel Garsia Markesin həyat haqda sözləri

1.Yox, mən varlı deyiləm. Pulu olan bir adamam. Varlı olmaqla pullu olmaq- eyni şey deyil.

2.Bir adam üçün darıxmağın ən pis yolu- yanaşı oturduğun halda, onu heç vaxt əldə edə bilməyəcəyini bilməyindir.

3. Səni “sən” olduğun üçün yox, sənin yanında olanda “mən” olduğum üçün serivəm.

4. Ürəyin hafizəsi pislikləri unudar, yaxşılıqları isə gizləyib böyüdər. Və bu hiyləgər ustalıq sayəsində çiyninizi asanlıqla keçmişin yüklərinin altına verə bilirsiniz..

5. Bir sona gəldiyin üçün ağlama, onu yaşadığın üçün gülümsə.

6.Heç kim sənin göz yaşlarını haqq etməz; onu haqq edən səni əsla ağlatmayacaq olan insandır.

7. Yazmağa davam etmək istəyən məşhur bir yazıçı özünü daima şöhrətdən qorumalıdır.

8. Qətiyyən unutmayın ki, bir evlilikdə ən mühüm şey- xoşbəxtlik deyil, sabitlikdir.

9. Birinin səni sənin istədiyin kimi sevməməsi – onun səni bütün varlığıyla sevmədiyi mənasını daşımaz.

10. Həqiqi dost- əlindən yapışanda ürəyinə də təsir edəndir.

11. Ədalət... Axsayaraq gələr, ancaq gəldiyi hər yerdə eynidir.

12. Qanın qara olanda belə əsla gülümsəməyi unutma; birisi gülümsəməyinə aşiq ola bilər.

13. Bu dünyada bir insan ola bilərsən; amma birisi üçün bir dünya ola bilərsən.

14. Vaxtını səninlə keçirmək istəməyən birinə vaxtını sərf etmə.

15. Həmişə sənin xətrinə dəyə bilən insanlar olacaqdır; elə isə güvənməyə ehtiyacın vardır; sadəcə diqqətli ol.

16. Daha yaxşi bir insan ol və qabağına yeni bir insan çıxmadan, o insanın da sənin kim olduğunu bildiyini ümid etməzdən əvvəl, onun kim olduğunu bildiyinə əmin ol.

17. Çox ciddi-cəhd göstərmə ; ən yaxşı şeylər gözləmədiyin vaxtlarda olur.

18. Bir adam atasına oxşamağa başladığı anda artıq yaşlandığını anlayar.

19. Ağzıma girən hər şey məni kökəldir; ağzımdan çıxan hər şey isə mənə sıxıntı verir; məni utandırır.

20. Bəlkə də Tanrı düzgün insanla qarşılaşmazdan əvvəl yanlış insanlarla qarşılaşmağımızı istəmişdir; ancaq belə olanda minnətdarlıq edərik.

21. Çox gözləyən insan- az olana ümid bəsləməyi də bilir.

22. Önəmli olan şey- həyatda başına nə gəlməsi deyil, nəyi necə xatırlamağındır.

23. İnsanlar yaşlandıqca xəyallarının ardınca düşməkdən vaz keçməzlər; xəyallarının dalına düşməkdən vaz keçdikləri üçün yaşlanırlar.

24. Öz gerçəkliyimizin başqalarının yaratdığı qəliblərlə şərh edilməsi bizi daha da mübhəm qılmaqla qalmaz; daha az sərbəst, daha çox yalnız və köməksiz edər.

Həmçinin oxu
Markes yeni prezidenti dəstəkləyir
XS
SM
MD
LG