Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:54

Ermənistanın müdafiə naziri Azərbaycanı hədələdi


Seyran Ohanyan
Seyran Ohanyan
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Rusiyanın Azərbaycana S-300 raketdən müdafiə sistemləri satması haqda xəbərlərə münasibət bildirərkən deyib ki, bu xəbər doğru olsa belə,

Həmin sistemlər Azərbaycana Dağlıq Qarabağ münaqişəsində “strateji üstünlük vermir”

Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibəsində nazir onu da deyib ki, Dağlıq Qarabağda yeni müharibə başlayarsa, bu günlərdə Yerevanla Moskva arasında bağlanan yeni hərbi sazişin nəticəsi olaraq Rusiya qoşunları açıq şəkildə Ermənistanı dəstəkləyə biləcəklər.

“Azərbaycan tərəfindən Dağlıq Qarabağa yaradılacaq təhlükə Ermənistan üçün yaranan təhlükəyə çevrilərsə şübhəsiz ki, Rusiya Federasiyası özünün müqavilədən irəli gələn müttəfiqlik öhdəliklərini yerinə yetirəcək”.

Yeni sazişə görə, Rusiya qoşunlarının Gümri bazasında qalma müddəti 2044-cü ilə qədər uzadılır, Rusiya öz üzərinə Ermənistan ordusunu müasir silahlarla təchiz etmək öhdəliyi götürür və Ermənistanın təhlükəsizliyinin təmin edilməsində Rusiya qoşunlarına daha geniş səlahiyyət verilir.

Ermənistanda bir çox siyasətçilər və ekspertlər düşünürlər ki, bu saziş

Azərbaycanı Qarabağı hərbi yolla qaytarmaq istəyindən çəkindirəcək

Ohanyan da bildirib: “Saziş Ermənistan və Rusiya arasında strateji müttəfiqliyin uzunmüddətli xarakterini - regionda hərbi-siyasi vəziyyət və təhlükəsizlik atmosferinə uyğun olaraq - bir daha təsdiqləyir”.

S-300
Rusiyanın Azərbaycana S-300 raketdən müdafiə sistemləri satmaq planları haqda xəbərlər Ermənistanda və tanınmamış Dağlıq Qarabağ rejimində narahatlıq yaradıb. Orada bəziləri düşünür ki, həmin raketdən müdafiə sistemləri Ermənistan ordusunun Azərbaycanın strateji obyektləri vurmaq imkanlarını xeyli məhdudlaşdıracaq və Azərbaycanı yeni müharibəyə başlamağa həvəsləndirəcək.

Amma özü Qarabağdan olan və 1991-94-cü illərdə Azərbacanla müharibədə komandirlik etmiş Ohanyan bu narahatlıqları bölüşmür.

“Bu, Azərbaycanla Ermənistan arasında qüvvələr balansını ciddi şəkildə dəyişməyəcək. Ona görə ki, biz həmin sistemlərlə çox yaxından tanışıq. Xeyli vaxtdır ki, onları işlədirik. Və biz belə sistemlərin effektivliyini azaltmağın yollarını bilirik”.

Məlumatlara görə, Rusiyanın Ermənistanda – Gümri bazasında iki S-300 raketdən müdafiə sistemi batareyası var. 2007-ci ildən etibarən

Rusiya erməni heyətinə S-300 sistemlərinin idarə edilməsi ilə bağlı treninqlər də keçir

Ohanyan deyib: “Mən onu da qeyd etməliyəm ki, Azərbaycan hətta həmin sistemləri əldə etsə belə, onlara xidmət göstərmək üçün əlaqələndirilmiş radio-texniki sistemin qurulması xeyli vaxt aparacaq.

Mən düşünmürəm ki, S-300 alması Azərbaycana Ermənistan üzərində strateji üstünlük verəcək”.

Azərbaycan prezidenti İlham Əliyev Milli ordunun təlimlərində. 24 iyun 2010
Ohanyan Azərbaycanın öz hərbi gücünü artırmasına münasibət bildirərkən deyib ki, onlar buna qarşı addımlar atırlar, təkcə silah almırlar, həm də şəxsi heyətə təlimlər keçir, “yeni müttəfiqliklərə girirlər”

Ohanyan Moskvanın yeni sazişlə Ermənistana hansı müasir silahlar satacağını açıqlamayıb, deyib ki, müəyyən səbəblərə görə, bu, məxfi qalmalıdır.

Ohanyan bir daha bildirib ki, uzaq mənzilli, dəqiq vuran raketlər almaq niyyətindədirlər və bu, “Ermənistana düşmən ölkələrin strateji obyektlərinə yönəldiləcək”.

Azərbaycanda isə iqtisadi cəhətdən daha zəif Ermənistanın belə bəyanatlarının daha çox daxili auditoriyanın sakitləşdirilməsinə yönəldiyini düşünənlər az deyil.
XS
SM
MD
LG