Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:59

«Azərbaycanlı jurnalistlərə hücum edənlər cəzasız qalıb»


Sərhədsiz Reportyorlar Təşkilatı Azərbaycan hökumətinin 2 qəzet jurnalistinə hücumu araşdırmaqdan imtina etməsini pisləyən bəyanat yayıb.

«Yeni Müsavat» və «Milli Yol» qəzetlərinin əməkdaşı Elmin Bədəlov və Anar Gəraylı bir neçə həftə əvvəl Şüvəlanda Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu iddia edilən imarətin şəkilini çəkərkən döyülüblər.

Jurnalistlər polisə şikayət etsə də, Bakı Şəhər Baş Polis idarəsi şikayət üçün əsas tapmadığından işin araşdırılmasını başa çatdırıb.

Polis bildirib ki, iki jurnalistin bədənindəki xəsarətlər «müxtəlif şəraitdə, о cümlədən hündürlükdən yıxılma zamanı qabarıq küt əşyalara dəymə nəticəsində» yarana bilərdi.

Ötən il konstitusiya dəyişikliyindən sonra hökumət əmin edirdi ki, icazəsiz şəkil çəkmək qadağası jurnalistlərə qarşı istifadə olunmayacaq.
Sərhədsiz Reportyorlar təəssüflənir ki, «indi qanundan medianın işini məhdudlaşdırmaq üçün istifadə etdiyi görünür».

XS
SM
MD
LG