Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Azərbaycan əsgəri əsir düşüb


Ermənistanın Müdafiə Nazirliyi avqustun 27-i axşam saat 9-da Azərbaycan əsgəri Roman Hüseynovun onlara təslim olduğunu xəbər verir. Nazirliyin məlumatına görə kiçik çavuş komandirlərinin ona qarşı təhqiramiz hərəkətlərinə dözə bilmədiyi üçün bu addımı atdığını deyib.

Hələlik Azərbaycanın Müdafiə Nazirliyindən bu iddialarla bağlı bir reaksiya almaq mümkün olmayıb. Bundan əvvəl də bir neçə dəfə Ermənistan Azərbaycan əsgərlərinin onlara tərəf keçdiyini bildirib. Amma Azərbaycan əsgələrin sıx təmas xəttində əsir götürüldüyünü deyib.

Son hadisəyə qədər Azərbaycanın daha bir əsgəri Ermənistan tərəfdə əsir idi. Bir əsgərin - milli Qəhərman Mübariz İbrahimovun meyidinin taleyi isə hələ məlum deyil. Erməni tərəfi cəsədin onlarda olmadığını iddia edir.

Azərbaycan da bir neçəsi mülki sakin olmaqla doqquz nəfər Ermənistan vətəndaşı var. Bakı onların hamısının ölkələrində üzləşdikləri dözülməz şəraitə görə özlərini Azərbaycan əsgərlərinə təhvil verdiklərini deyir.
XS
SM
MD
LG