Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:03

Azərbaycanın seldən zərərçəkən Pakistana yardımı davam edir


Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) seldən zərər çəkmiş insanlara yardım məqsədi ilə Pakistan İslam Respublikasına humanitar yardım göndərib. Məlumatı «APA» informasiya agentliyi yayıb.

FHN-in Maddi-Texniki Təchizat İdarəsinin rəisi Raqif Muradov jurnalistlərə açıqlamasında bildirib ki, prezident İlham Əliyevin tapşırığına əsasən FHN tərəfindən Pakistana ümumi dəyəri 221 min manat təşkil edən 43 ton yardım yola salınıb:

«Yardım əsasən qida məhsulları, dərman, yataq ləvazimatları, işıqlandırma üçün generatorlar, açılıb-yığılan çarpayılardan ibarətdir».

Raqif Muradov qeyd edib ki, vəziyyət belə davam edərsə, Azərbaycan hökuməti Pakistana yenə kömək göstərəcək. Pakistan tərəfdən bu ölkəyə xilasedicilərin köməyə göndərilməsi ilə bağlı müraciət olunmadığını deyən nazirlik rəsmisinin sözlərinə görə, belə bir istək olarsa, FHN xilasedicilərini də yardıma göndərə bilər.

Bundan öncə Azərbaycan Müdafiə Nazirliyinin humanitar yüklərdən ibarət təyyarəsi Pakistana yola salınıb.
XS
SM
MD
LG