Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 102-ci mövsümünü sentyabrın 19-da açacaq. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Üzeyir Hacıbəyovun 125 illik yubileyi münasibətilə həmin gün bəstəkarın «Koroğlu» operası nümayiş olunacaq.
Sentyabrın 23-də Müslüm Maqomayevin «Şah İsmayıl»ı səhnəyə çıxacaq. Bu nümayiş də bəstəkarın 125 illik yubileyinə həsr olunub.
Sentyabrın 23-də isə Üzeyir bəyin «Leyli və Məcnun» operası göstəriləcək. Lakin tamaşalarda baş rolları kimlərin ifa edəcəyi hələ dəqiqləşməyib.
Mətbuat xidmətindən onu da bildiriblər ki, hazırda Akademik Opera və Balet Teatrının rəsmi internet saytı hazırlanır. Sentyabrın sonunda istifadəyə veriləcək saytda teatrda baş verən bütün yeniliklər, eləcə də nümayiş olunacaq tamaşalar haqqında məlumatlar yer alacaq.