Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:48

Nəhəng İsrail bayrağı dünya rekordunu qırıb


2007-ci il noyabrın 25-də İsraildə, Masada səhrasında dünyanın ən böyük bayrağı açılıb. Nəhəng mavi-ağ bayrağın uzunluğu 660 metr, eni 100 metr, çəkisi 5.2 ton olub. Turizm Nazirliyi bildirib ki, bu bayraq yeni dünya rekordudur.

Ölçülər Ginnesin Rekordlar Kitabının təmsilçiləri tərəfindən götürülüb.

Filippinli sahibkar və yevangelist xristian Grace Galindez-Gupana deyib ki, o, iki il əvvəl nəhəng İsrail bayrağı hazırlamaq qərarına gəlib. Məqsəd İsrailə və yəhudi xalqına sevgisini ifadə eləmək, Filippin-İsrail münasibətlərinin 50 illiyinə hədiyyə etmək olub.

Nəhəng İsrail bayrağı ilə yanaşı Filippinin də bayrağı hazırlanıb, ancaq onun çəkisi cəmi 3.8 ton olub. Hər iki bayraq Filippində hazırlanıb.

«İsraildə 31.000 filippinli var, onlardan çoxu xarici fəhlədir», - bunu isə Filippinin İsraildəki baş konsulu Gilberto Asuque deyir.

«Bu bayraq Filippin və İsrail arasındakı dostluğu ifadə edir, həmçinin yəhudi və xristian icmaları arasında dostluğu», bunu isə Turizm Nazirliyinin direktoru Şaul Zemax deyir.
XS
SM
MD
LG