Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Avropa rəsmisi Çini şirkətlərinə göz qoymağa çağırıb


Avropa Birliyinin xarici siyasət məsələləri üzrə nümayəndəsi Ketrin Eşton Çinin hakim dairələrini Çin şirkətlərinin İranda fəaliyyətini diqqətlə izləməyə, Tehrana qarşı tətbiq edilmiş sanksiyaların pozulmasına yol verməməyə çağırıb.

ABŞ hökumətinin nümayəndəsi bundan əvvəl bildirib ki, Çin şirkətləri İran bazarlarından çıxan xarici şirkətlərin hesabına bu ölkədə iştiraklarını möhkəmləndirirlər.

Ketrin Eşton Çinə səfəri zamanı bildirib ki, hələlik onda belə bir sübut olmasa da bu cür hallar xoşagəlməz olardı.
XS
SM
MD
LG