Sentyabrın 1-də Bakının Bayıl qəsəbəsindəki Dövlət Bayrağı Meydanında qaldırılan bayraq sentyabrın 3-də götürülüb.
Ərazidə işləyən fəhlələrin və mühafizəçilərin sözlərinə görə, bayraq səhər saat 8-9 arasında götürülüb. Səbəbi havanın küləkli olması ilə izah edənlər də oldu, nəyə görə götürüldüyünü bilmədiklərini deyənlər də.
Özlərini təqdim etməyən mühafizəçilər dedilər ki, nə müdiriyyət, nə də başqa adamlar bayrağın niyə görə götürülməsi sualına cavab verə bilməyəcəklər. Suala ancaq Prezident Administrasiyasından cavab verə bilərlər.
Ətrafda yaşayan sakinlər də dedilər ki, bu səhər bayrağı yerində görməyəndə xeyli təəccübləniblər. Sakinlərindən bəziləri bayrağın havanın küləkli olmasına görə, bəziləri isə cırıldığına görə götürüldüyünü bildirdilər.
Hazırda Dövlət Bayrağı Meydanındakı dirək boşdur. Ərazidə tikinti işləri davam edir. Rəsmi məlumatda adı çəkilən Bayraq Muzeyi də hələ fəaliyyət göstərmir.
Dövlət Bayrağı Meydanının təntənəli açılışı sentyabrın 1-də olub. Açılışda prezident İlham Əliyev iştirak edib.
Təməli 2007-ci il dekabrın 30-da qoyulmuş meydanın layihəsini ABŞ-ın «Trident Support» şirkəti hazırlayıb, tikintini Azərbaycanın «Azenko» şirkəti aparıb.
İnşa olunmuş dayağın hündürlüyü 162 metr, bayrağın eni 35 metr, uzunluğu 70 metrdir.