ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 6-da birgə bəyanat yayıblar. Onlar qeyd edirlər ki, ATƏT-in qarşıdakı sammiti ərəfəsində regionda fəaliyyətlərini intensivləşdirib illik hesabalarını təqdim edəcəklər.
Həmsədrlər sentyabrın 6-10-da Bakı, Yerevan və Xankəndinə gedib orada atəşkəsin möhkəmləndirilməsinə dair danışıqlar aparacaqlarını, bütün tərəfləri güzəştlərə həvəsləndirəcəklərini, həmçinin gələcək addımlarını dəqiqləşdirəcəklərini qeyd edirlər.
“Həmsədrlər sentyabrın üçüncü həftəsində Vaşinqtona və Nyu Yorka səfər edib BMT Baş Assambleyasında tərəflərlə müzakirələr aparacaqlar. Sentyabrın sonu, oktyabrın əvvəlində isə Dağlıq Qarabağ ətrafında humanitar vəziyyəti öyrənmək üçün yenidən regiona səfər edəcəklər.
Yüksək səviyyəli mütəxəssislər və ekspertlər, o cümlədən BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının nümayəndələrinin də iştirak edəcəyi bu missiya 2005-ci ildən bəri həmin ərazilərə səfər edəcək ilk belə missiya olacaq. Bundan dərhal sonra Vyanaya səfər edib ATƏT-in Minsk Qrupuna missiyanın yekunları haqqında hesabat veriləcək. Daha sonra ATƏT-in Daimi Şurasına illik hesabatlarını verəcək, tərəflərlə birlikdə ATƏT-in Astana Sammitinə hazırlaşacaqlar” – deyə sənəddə qeyd edilir.
Həmsədrlər bu intensiv fəaliyyət dövründə tərəfləri atəşkəs rejimini ciddi şəkildə qorumağa, təhrikedici çıxışlardan çəkinməyə, prosesin irəli getməsi üçün vacib güzəştlərə və ciddi danışıqlara siyasi hazırlıq nümayiş etdirməyə çağırırlar.
Təmas xəttində son vaxtlar atəşkəsin tez-tez pozulmasına toxunan həmsədrlər bunu qətiyyətlə pislədiklərini bildirir, gücdən istifadənin itkilərə, dağıntılara, gələcək nəsillər arasında düşmənçiliyin qızışmasına gətirib çıxaracağını bir daha vurğulayırlar.
Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov və fransalı həmsədr Bernar Fasye artıq Bakıdadır. Amerikalı Robert Bradke də bu gün gələcək. Onlar sentyabrın 7-də Azərbaycan rəhbərliyi ilə görüşəcəklər.
Həmsədrlər sentyabrın 8-9-da Yerevanda və Xankəndinə olacaqlar.
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi də bu gün bəyan edib ki, onun təmsil etdiyi təşkilat qoşunlarının təmas xəttində baş verən atışmalardan narahatdır. İlin əvvəlindən bəri atəşkəsin pozulmasına görə tərəflər azı 16 əsgərlərinin həlak olması barədə məlumat veriblər.