Bu gün Bakı Appelyasiya Məhkəməsində həbsdə olan jurnalist Eynulla Fətullayev bildirib ki, Qaradağ rayon məhkəməsinin protokollarının hamısı ilə tanışlığı başa çatdırmayıb, ona görə də əlavə vaxt istəyir. Məhkəmə onun vəsatətini təmin edib və məhkəmə baxışı sentyabrın 17-nə təyin edilib.
2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.
Bu ittihamla jurnalist bu ilin iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib.
Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarından Böyük Palataya şikayət edib.