Əhalinin sayına görə MDB məkanında internetin maksimal sürəti Azərbaycandadır.
Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda internetin sürəti yüksək səviyyədədir. Belə ki, ölkədə internetin hazırkı ümumi sürəti 10 Qbit təşkil edir:
«Bununla yanaşı Azərbaycanda bir neçə istiqamətdən gələn internetin dayanıqlığı təmin olunur və hazırda sürətin 12-14 Qbit çatdırılmasına dair işlər aparılır. Bu sürət Azərbaycandakı internet operatorlarına qonşu ölkələrə də internet xidməti göstərməsinə imkan yaradır». /APA/