Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:56

Xaricdən fəhlə axını...


"Kabus" əcnəbilər Azərbaycanda
Gözlə

No media source currently available

0:00 0:04:28 0:00
Direct-ə keçid

Özbəkistan və Türkmənistan vətəndaşı olan yüzlərlə əcnəbinin özləri Azərbaycanda olsa da, adları heç yerdə yoxdur

«Azərbaycanda 1500-2000 nəfər Türkmənistan və Özbəkistan vətəndaşı gəlib fəhlə kimi işləyirsə, onda bu işə götürənlər Azərbaycan vətəndaşları deyil, Azərbaycan vətəndaşlarının düşmənləridir».

Bunu AzadlıqRadiosunun «İşdən Sonra» proqramında Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları iş tapmaq üçün başqa ölkələrə üz tutduqları halda əcnəbilərə 600-700 manat əmək haqqı verilir.

«Azərbaycanda işə götürən hər bir əcnəbi işçi üçün min manat pul ödəməklə, dövlət rüsumu ödəməklə hər bir işə götürən şəxs üçün fərdi əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə almalıdır. Onların heç birinə bu icazə alınmayıb. Bütün aidiyyatı qurumlara rəsmi məktub göndərmişəm. Azərbaycanda 1500-2000 nəfər Türkmənistan və Özbəkistan vətəndaşı gəlib fəhlə kimi işləyirsə, onda bu işə götürənlər Azərbaycan vətəndaşları deyil, Azərbaycan vətəndaşlarının düşmənləridir. Çünki Azərbaycan respublikasının vətəndaşları Rusiya çöllərində günü 5 manata da yox, ayı 100 manata - 150 manata işləyirlər. Amma burda əcnəbilər gəlir 600-700 manat əmək haqqı alırlar. Eyni zamanda onlar ölkəyə gələndə pasportları götürülür. Onların hərəkətləri məhdudlaşdırılır. Onlar qapalı müəssisələrdə işlədilir. İş yerlərinin heç birinə buraxılış mümkün deyil. Onların qaldığı yerlərə giriş azad deyil».

Hüquqşünas deyir ki, heç kimə Azərbaycanda fəhlə kimi fərdi əmək müqaviləsi ilə məşğul olmaq üçün icazə verilə bilməz. Çünki o yerə iddialı onlarla yüzlərlə Azərbaycan vətəndaşı var.

«Azərbaycan vətəndaşları bu gün qul bazarlarında səhərdən axşama kimi özünü satır. Heç normal iş də tapa bilmir. Və hesablamalara görə, burda çox böyük milyonlardan söhbət gedir. 10 min nəfərin hər biri üçün min nəfər dövlət rüsumu ödənilməsi üçün işəgötürən pul ödəsə, bu, dövlət büdcəsinə nə qədər pulun ödənişidir».

XS
SM
MD
LG