Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:06

Quranı yandırmaq planına amerikalıların özləri də etiraz edir


Amerikadakı kiçik icmanın Quranı yandırmaq planına qarşı Kabulda etirazlar. 6 sentyabr 2010
Amerikadakı kiçik icmanın Quranı yandırmaq planına qarşı Kabulda etirazlar. 6 sentyabr 2010
Amerikadakı dini icmalardan biri sentyabrın 11-də Quranı yandırmağı planlaşdırır.

Onlar bununla radikal islamçıların 2001-ci ildə Amerikada törətdikləri terror aktlarının qurbanlarını anmaq istədiklərini bildirirlər.

Bu, Florida ştatında yaşayan təxminən 50 dindarın yaratdığı bir icmadır. Onlar özlərini “Dove World Outreach Center” adlandırırlar.

Ştatın hakimiyyət orqanları icmaya kitabların yandırılması aksiyasını keçirməyə icazə verməyiblər.

Amma icmanın rəhbəri, keşiş Terri Cons deyir ki, onlar

BÜTÜN HALLARDA AKSİYANI KEÇİRMƏKDƏ İSRARLIDIRLAR

Əfqanıstandakı Amerika və NATO qüvvələrinin komandanı, general Devid Petreus deyib ki, Consun icması bu hərəkəti ilə Amerika prezidenti Barak Obamanın 1,5 milyard nəfərlik müsəlman dünyası ilə münasibəltərini təhlükə altına qoya bilər.

Petreus icmanın planlarını Talibanın siyasəti ilə müqayisə edərək deyib ki, bu, Talibançı radikalların Əfqanıstanda və dünyanın başqa yerlərində Amerikanın müsəlmanlarla yaxın münasibət qurmaq cəhdləri qarşısında ciddi problemlər yaratmaq siyasətinə bənzəyir.

Əfqanıstandakı NATO təlim missiyasının rəhbəri, general Uilyam Koldvel Kabulda jurnalistlərə deyib ki, Amerikadakı icmanın planları Əfqanıstanda xidmət göstərən amerikan qüvvələrinə qarşı qisasçı hücumlara yol aça bilər.

“Onların hərəkəti burada xidmət edən cavan qız və oğlanların həyatını təhlükə altına qoya bilər. Eyni zamanda bizim Əfqanıstanda həyata keçirmək istədiyimiz missiyaya təhlükə yarada bilər”.

Kabuldakı Amerika səfirliyi də bəyanat verərək deyib ki, Amerika hökuməti

İSLAMA QARŞI BELƏ HÖRMƏTSİZLİYƏ HAQQ QAZANDIRMIR

General Petreus
və başqa dini icmaların üzvlərini qəsdən alçaltmaq cəhdlərindən çox narahatdır.

Amerika səfirliyi bildirib ki, ABŞ-da bütün dinləri təmsil edən insanlar Floridadakı kiçik icmanın planlarını pisləyirlər və həmin qrupun zərərli bəyanatlarının əleyhinə çıxırlar.

Eyni zamanda sentyabrın 6-da Kabulda yüzlərlə əfqan etiraz aksiyası keçirərək Amerikadakı icmanın Quranı yandırmaq planlarına qarşı çıxıblar, “Amerikaya ölüm” şüarları səsləndiriblər.

Etiraz aksiyasında əsasən Kabuldakı bir dini məktəbdə təhsil alan tələbələr iştirak ediblər. Onlardan biri deyir:

"Biz bu yürüşlə Amerikaya öz etirazımızı bildiririk və belə aksiyaları davam etdirəcəyik. Biz Amerikanı bizim müqəddəs Qurana qarşı bu çirkin kampaniyanı dayandırmağa çağırırıq".

Bu gün etirazlara İran da qoşulub. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Qərb ölkələrini “dinin müqəddəs dəyələrini təhqir etmək üçün ifadə azadlığından sui-istifadə edilməsinə son qoymağa” çağırıb.

Floridadakı icmanın rəhbəri Cons CNN-ə deyib ki, onların planlaşdırdıqları aksiya nəticəsində kiminsə ölməsi “çox faciəvi” olardı, amma onun icması düşünür ki, gec-tez “Islamdan gələn təhülkəni önləmək” vacibdir.

Icmanın İnternet saytı da İslamı zorakı din kimi təqdim edir.

Istər Əfqanıstanda, istərsə də dünyanın başqa yerlərində Quranın, yaxud Məhəmməd peyğəmbərin təhqir edilməsi Əfqanıstanda, eləcə də digər

MÜSƏLMAN ÖLKƏLƏRİNDƏ BÖYÜK ETİRAZLARA SƏBƏB OLUR

Quranın yandırılması planlarına qarşı İndoneizyada etiraz
Elə bu ilin yanvarında əfqan qüvvələri 8 etirazçını öldürmüş, 13-nü isə yaralamışdı.

Etirazlara xarici qüvvələrin Quranı ayaq altına atması ilə bağlı şayiələr yol açmışdı.

2005-ci ildə Danimarka qəzetində Məhəmməd peyğəmbərin karikaturalarının çapı da müsəlman ölkələrində böyük etirazlara səbəb olmuş, polislə etirazçılar arasında toqquşmalarda 100-cən adam ölmüşdü.

Axır həftələrdə Amerikada xristian radikallar İslama qarşı kampaniyanı gücləndiriblər.

Onlar 11 sentyabr terror aktlarının törədildiyi əraziyə yaxın yerdə məscid tikilməsi planlarına da etiraz edirlər.
XS
SM
MD
LG