Sentyabrın 8-də Bakıda Azərbaycanın bir sıra jurnalist təşkilatları və KİV-ləri tərəfindən təşkil edilmiş «Söz və ifadə azadlığına ictimai dəstək forumu» çərçivəsində söz və ifadə azadlığı mövzusunda foto və karikatura sərgisi açılıb.
Bu gün həm də İbrus teatrında «Frontline» klubunun açılışı olacaq.
Klubun mütəmadi fəaliyyət göstərməsi nəzərdə tutulub.
Forumun proqramı sentyabrın 9-da beynəlxalq konfransla davam edəcək. Forumun təşkilatçılarından biri Arif Əliyev bildirir ki, konfransın beynəlxalq təşkilat təmsilçilərindən ibarət missiyası var və bu missiya səfər proqramı çərçivəsində Prezident Administrasiyasında, MSK-da, Ombudsman Aparatında görüşlər, habelə vətəndaş cəmiyyəti fəalları və KİV rəhbərləri ilə söhbətlər daxildir.
Missiya üzvləri həbsdə olan jurnalist Eynulla Fətullayev və blogerlər Emin Milli və Adnan Hacızadə ilə görüş istəyiblər, lakin cavab almayıblar.
Forumun yekunlarına görə qətnamə qəbul ediləcəyi gözlənilir.