Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Britaniyalı jurnalist girovluqdan azad olunub


Pakistanda britaniyalı jurnalist Əsəd Kureşi azadlığa buraxılıb. Əslən Pakistandan olan jurnalistin “Asiya pələngləri” qruplaşmasından olan islam döyüşçüləri tərəfindən qaçırıldığı güman olunurdu.

Əsəd Kureşi Pakistanın təhlükəsizlik təşkilatının iki keçmiş əməkdaşı ilə birgə bu ilin martında girov götürülmüşdü. Girov zabitlərdən biri güllələnmiş, digəri isə sərbəst buraxılmışdı.

Döyüşçülər girovlardan hər biri üçün 10 milyon dollar tələb edirdi. Kureşinin necə sərbəst buraxılmasını isə Böyük Britaniya rəhbərliyi araşdırır.
XS
SM
MD
LG