11 Sentyabr hamımıza çox yaxşı tanış olan tarixdir. 2001-ci il sentyabr ayının 11-də Nyu-Yorkda yerləşən Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrindən birinə - Şimal qülləsinə «American Airlines» şirkətinə məxsus sərnişin təyyarəsi çırpıldı. Sonra isə Cənub qülləsi buna bənzər hücuma məruz qaldı.
Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin binası - Pentaqon da intihar təyyarəsi tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.
Bu hadisələr nəticəsində 3 minə yaxın insan həlak olub. Bu terror hadisələrinə görə məsuliyyəti «Əl-Qaidə» təşkilatı öz üzərinə götürüb.
Dünya get–gedə təhlükəli olur. Artıq insanların maraq dairəsində ictimai təhlükəsizlik üstünlük təşkil edir. Elə axtarışlarda da bunu görmək olar.
KİM KİMDİR?
Bu həftə ən çox axtarılan isimlərin arasında Kim Klijstersin adı çəkilir. Kim Belçikalı tennisçidir. 1983–cü il 8 iyunda Belçikanın Flemiş rayonunda anadan olub. Keçmiş dünya çempionudur. Kim bir çox böyük mükafatların da sahibidir. 2003–cü ilin dekabrında Klijsters avstraliyalı Lleyton Heuvittlə evlənir, lakin 2004-cü ilin oktyabrında boşanmaları haqqında xəbər yayılır. 2007–ci il 13 iyulda Klijsters amerikalı basketbolçu Brayn Lançla ailə həyatı qurur. 2008 –ci ildə isə Kim dünyaya adını Jada Elli qoyduğu bir qız dünyaya gətirir.
Ələddinin nağılını çoxları bilir. Elə axtarışlarda da Ələddin adı yer alır. Vikipediya ensiklopediyasının verdiyi məlumata görə, əslində Ələddin orta şərq nağılıdır amma buna baxmayaraq hadisələr Çində baş verdiyinə görə Ələddin çox vaxt çinli kimi göstərilir.
Birləşmiş Krallıqda Ələddin ilk dəfə olaraq 1704-14–cü illər arası çap edilib və 1788 –ci ildə Con O’Kiifi tərəfindən teatrallaşdırılıb. Təxminən 200 il bu mövzudan pantomimada istifadə edilib. Ələddin haqqında ilk dəfə film 1926 –cı ildə «Şahzadə Əhmədin macəraları» adı ilə çəkilib. Ələddin və onun sehrli lampası isə 1962–ci ildə Uolt Disney kompaniyası tərəfindən hazırlanıb.
SAKİT KİTABXANA
Sakit kitabxana – bu bizim Azərbaycan kitabxanalarına aid deyil, sözsüz. Söhbət ümumiyyətlə sakit kitabxanadan getmir. Deməli, Yaponiyada bu adda bir oyun var. Komanda kitabxanada oturur. Komandanın 6 üzvünə kartlar verilir. Heç kəs kartın altında nə olduğunu bilmir. Bütün kartlar eyni rəngdə olur, birindən başqa. Həmin fərqli kartı götürən komanda üzvünə müxtəlif cəza verilir. O ki qaldı oyunun adına, bu da rol oynayır. Əgər komanda üzvlərinin səsi çox gəlsə, onda komanda məğlub hesab edilir.
KİTABLAR YANIR, TERRORİSTLƏR DƏ YOX OLURMU?
11 Sentyabr hadisələrindən sonra bir çox Avropa ölkələrində və Amerikada müsəlmanlara qarşı münasibət mənfi yöndə dəyişdi, bir çox müsəlmanlar təhqirə və hücuma məruz qaldılar. Bu il terror hadisəsinin 9-cu ildönümü tamam olur. Amerika və avropalılar internetdə «Quranı yandırmaq» ifadəsini axtarıblar. Amma bir sual qalır, kitablar yanır, terroristlər də yox olurmu?
«Texas Rargers» Amerikada beysbol komandasının adıdır. Bu həftə bu komanda barədə axtarışlar «Google» saytının axtarış reytinqində yer alır. Komanda ilk oyununu 15 aprel 1972-ci ildə «California Angels»-la oynayıb. Bu il mayın 24–də komanda iflasa uğradığını rəsmən bəyan edib.
Bu həftə ən çox axtarılan filmlər arasında çoxlarımıza yaxşı məlum olan «Vəhşi, vəhşi Qərb» filmi yer alır. Film əvvəllər - yəni 1965–ci il sentyabrın 17-dən 1969–cu il aprelin 4-nə qədər Amerikanın CBS kanalında serial kimi yayımlanıb. Serial çoxsaylı izləyici qazandığından bu barədə sonradan iki film çəkilir. 1979–cu ilin mayında «Vəhşi, vəhşi Qərb» və 1980–ci ilin oktyabrında «Daha çox vəhşi, vəhşi Qərb». Film dvd şəklində ilk dəfə 2006–cı il 6 iyunda Şimali Amerikada satışa buraxılıb.
HAVA DƏYİŞKƏNLİYİ AXTARIŞLARA TƏSİR EDİB
Çox güman ki, hava dəyişkənliyi bu həftə Amerika və avropalılara təsir göstərib. Onlar axtarış sistemlərində allergiya simptomlarını axtarmağa başlayıblar. Allergiya simptomlarına kəskin baş ağrısı, burun axması, qaşınma, asqırma və s. aiddir. Qoy axtarsınlar, axtaran dərmanını da tapar.
Bu həftəki axtarış reytinqlərində futbol, basketbol komandalarının adları, o cümlədən universitet və kolleclər keçən həftəki kimi yenə də sayda üstünlük təşkil edir.