«Azərbaycanda olan 190 minlik tələbə ordusunun məlumatlılıq səviyyəsi aşağıdır». Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına qonaq olan Azərbaycan Tələbələr Birliyinin rəhbəri Elvin Aslanov söylədi.
Bu gün iki yaşı tamam olan Birliyin rəhbəri bu fikrə uzun araşdırmalardan sonra gəldiklərini bəyan etdi: «Bu problemi həll etmək üçün biz on-layn tələbə qəzetinin yaradılmasına qərar verdik».
NİYƏ ON-LAYN VARİANT SEÇİLDİ?
Elvinin bildirdiyinə görə, sosial şəbəkələr vasitəsilə daha çox tələbəyə çıxış imkanı var: «Düzdür, tələbələr internetdən istifadə edir. Amma nə dərəcədə bu girişdən yararlanırlar - problem bundadır».
İLK SAYDA NƏ VAR?
«Auditoriya» adlanan, avqustun 28-də ilk sayı çıxan on-layn qəzetin bloq şəklində yarandığını deyən Elvin Aslanov ilk sayında 6 məqalənin verildiyini dedi:
«Onların içində əyləncəli, tövsiyə xarakterli, karyera qurmaqla bağlı materiallar var. Həyata keçirdiyimiz tələbə təcrübə mübadiləsinin iştirakçısı ilə müsahibə, həmçinin Rumıniya Tələbə Təşkilatları Milli Assambleyasının avqustda həyata keçirdiyi bir tədbirdən yazı var. Diplomlarla bağlı olduğu üçün, bütün dünyada maraq doğurduğu üçün bu yazını yerləşdirdik».
GƏLƏCƏKDƏ TƏLƏBƏ HÜQUQLARI İLƏ BAĞLI YAZILAR OLA BİLƏR
Keçən ildən bu yana Avropa Tələbələr Birliyinin 5 bölmə, 35 maddədən ibarət «Tələbə hüquqları nizamnaməsi»ni dilimizə çevirdiklərini deyən Elvin Aslanov gələcək saylarında bu nizamnaməni qəzetdə yerləşdirəcəklərini də bildirdi:
«Hüquqşünasların bununla bağlı rəylərini vermək fikrimiz də var. Həmçinin gələcək saylarımızda tələbələrin özünün vacib saydığı məqamlara da toxunacağıq. Yəni tələbələrin təkliflərini nəzərə alacağıq».
NEQATİV HALLARDAN YAZACAĞIQ, AMMA...
On-layn qəzetdən təhsildə baş verən eybəcərliklərlə bağlı nə yazacağını soruşan dinləyicinin sualı belə cavablandı: «Ola bilsin tələbə hüquqları ilə, universitetlərdəki neqativ hallarla bağlı yazılar verəcəyik. Amma bütün qəzet bunu əhatə etməyəcək. Burada həm uğurlar, nailiyyətlər olacaq, həm də Azərbaycan Tələbələr Birliyinin həyata keçirdiyi yerli layihə və proqramlar barədə məlumat veriləcək».
Elvin Aslanov qəzetin 2-ci sayına hazırlıq getdiyini də bildirdi.