Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Rusiya ilə Norveç 40 illik mübahisəyə son qoydular


Rusiya ilə Norveç Barents dənizi ilə Şimal Buzlu Okeanında sərhədlər və əməkdaşlıq barədə müqavilə imzalayıblar.

Tərəflər 40 ilə yaxın idi ki, bu məsələ ilə bağlı danışıq aparırdılar.

Əsas mübahisə isə 175 min kv/m ərazi üstündəydi.

Müqavilə bu ərazilərdəki neft və qaz yataqlarının istismarına qoyulmuş qadağanı aradan qaldırmalıdır.

Müqavilə Murmanskda Rusiya prezidenti Dimitri Medvedevlə Norveçin baş naziri Jens Stoltenberg arasında aparılmış danışıqlardan sonra imzalanıb.
XS
SM
MD
LG