Azərbaycan prezidenti İlham Əliyev məktəbəqədər və texniki peşə ixtisas məktəblərinin əsaslı təmiri ilə əlaqədar əlavə tədbirlər barədə sərəncam imzalayıb.
Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, sərəncamla məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmir üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 2 milyon manat məbləğində vəsait ayrılıb.
Bundan başqa texniki peşə ixtisas məktəblərinin əsaslı təmiri üçün prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə 2 milyon manat məbləğində vəsait ayrılıb.