Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Əhməd Zakayev Polşada həbs olunub (VIDEO)


Rusiyanın terrorda ittiham etdiyi çeçen separatçılarının lideri Əhməd Zakayev Polşada həbs olunub.

Polis bildirib ki, İnterpol tərəfindən axtarılan Zakayev bu səhər beynəlxalq aeroportda tutulub və prokurorluq tərəfindən sorğu-sual edilib.

Çeçen yaraqlılarının lideri Varşavaya sürgündə olan çeçenlərin konqresində iştirak etmək üçün gəlibmiş.

Rusiya hökuməti Əhməd Zakayevi 90-cı illərdə Çeçen-Rusiya müharibəsi zamanı bir sıra cinayətlərdə günahlandırır. Zakayev 2003-cü ildə siyasi sığınacaq alaraq Britaniyada yaşayırdı.

Rusiya onun ekstradisiya olunmasını istəyir.
Çeçen separatçılarının başçısının həbsi
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00
Direct-ə keçid
XS
SM
MD
LG