Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Almaniya Sarkozini təkzib edir


Sentyabrın 17-də Almaniya Fransa prezidenti Nikola Sarkozini nümayişkaranə şəkildə təkzib edib. N.Sarkozi bir gün əvvəl Brüsseldə Avropa Birliyinin Sammitində bildirmişdi ki, Almaniya Kansleri Angela Merkel də qanunsuz məskunlaşmış romaları ölkdən çıxarmağı planlaşdırır.

Angela Merkelin sözçüsü isə sentyabrın 17-də bəyanat verib ki, Almaniya Kansleri qətiyyən belə bir planlar haqqında Sarkozi ilə danışmayıb və onun hökuməti romalara qarşı bu addımı atmaq niyyətində deyil.

Fransa son aylar yüzlərlə romanı geri Bolqarıstan və Rumıniyaya deportasiya edib. Buna görə Avropa Birliyi Fransanı kəskin tənqid etmişdi.
XS
SM
MD
LG