«Türkiyənin hakim partiyası çox riskli siyasət yürüdür. Türkiyə dünyəviliklə islam fundamentalizmi arasında tərəddüd edir. Çünki bu ölkədə demokratiya davamlı deyil».
Bunu «Qafqaz Qovşağı» verilişində Qafqaz İctimai İşlər İnstitutunun beynəlxalq əlaqələr proqramının rəhbəri Tornike Saraşenidze deyib. O hesab edir ki, dünyəvi sistemin qarantı sayılan hərbçilərin səlahiyyətini referendum yolu ilə azaltmaqla Türkiyənin hakim partiyası ilk növbədə, öz mövqeyini möhkəmlətməyi düşünür:
«Gürcüstan Türkiyəni Avropaya açılan daha bir yol kimi görmək istərdi. Gürcüstan Qərbin Cənubi Qafqaza dünyəvilik və demokratik təsirini alqışlayır, ona görə də o, dünyəvi və demokratik Türkiyədə maraqlıdır».
«Mən Türkiyədə referendum dəyişikliyini normal qəbul edirəm».
Bunu isə verilişə Bakıdan qoşulan «Yeni Zaman» qəzetinin redaktoru Şakir Qabiloğlu deyib: «Hərbçilərin səlahiyyətinin məhdudlaşdırılması ölkənin demokratikləşməsinə xidmət edəcək...».
«Bütün müsəlman ölkələrində siyasi sistemin üzərindən «domokl qılıncı» asılıb. Daha çox demokratiya daha çox islam deməkdir. Türkiyə demokratiya ilə demokratiyanın islam ritorikasına qayıtması arasında tərəddüd edir...» .
A. İskandaryan deyir ki, Türkiyə öz oyununu oynamağa çalışır. Ancaq bu oyunda o, öz mövqeyini dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ-la razılaşdırır.
Bunu «Qafqaz Qovşağı» verilişində Qafqaz İctimai İşlər İnstitutunun beynəlxalq əlaqələr proqramının rəhbəri Tornike Saraşenidze deyib. O hesab edir ki, dünyəvi sistemin qarantı sayılan hərbçilərin səlahiyyətini referendum yolu ilə azaltmaqla Türkiyənin hakim partiyası ilk növbədə, öz mövqeyini möhkəmlətməyi düşünür:
«Gürcüstan Türkiyəni Avropaya açılan daha bir yol kimi görmək istərdi. Gürcüstan Qərbin Cənubi Qafqaza dünyəvilik və demokratik təsirini alqışlayır, ona görə də o, dünyəvi və demokratik Türkiyədə maraqlıdır».
«Mən Türkiyədə referendum dəyişikliyini normal qəbul edirəm».
Bunu isə verilişə Bakıdan qoşulan «Yeni Zaman» qəzetinin redaktoru Şakir Qabiloğlu deyib: «Hərbçilərin səlahiyyətinin məhdudlaşdırılması ölkənin demokratikləşməsinə xidmət edəcək...».
Aleksandr İskandaryan
Verilişə Yerevandan qoşulan Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskandaryan da düşünür ki, Türkiyənin hakim partiyası demokratiya adından istifadə edərək öz mövqeyini möhkəmlədir:«Bütün müsəlman ölkələrində siyasi sistemin üzərindən «domokl qılıncı» asılıb. Daha çox demokratiya daha çox islam deməkdir. Türkiyə demokratiya ilə demokratiyanın islam ritorikasına qayıtması arasında tərəddüd edir...» .