Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:43

Sürücü və tərcüməçilər niyə müxalifətdən olur


Sentyabrın 21-dən ATƏT Mərkəzi Seçki Komissiyası Prezident Administrasiyası ilə birgə Azərbaycanın rayonlarında seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyinə dair informasiya sessiyalarına başlayıb. İlk sessiya Şirvan şəhərində keçirilib.

Tədbirdə 21 rayonun icra başçısı, dairə seçki komissiyalarının rəhbərləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Bəzi QHT təmsilçiləri şikayətlənib ki, rayonlarda seçki ilə bağlı maarifləndirmə və monitorinq işləri aparmaq üçün onlardan icazə almaları tələb edilir. Lakin ATƏT-in Bakı ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri xanım Jaklin Karpenter QHT-in fəaliyyətinə bu cür müdaxilələrin yolverilməz olduğunu və sərbəst fəaliyyətlərinin təmin edilməsinin vacibliyini bildirib.

Öz növbəsində sessiyaya ev sahibliyi edən Şirvan şəhəri İcra Hakimiyyətinin başçısı Mərdan Camalov beynəlxalq təşkilatların nümayəndələrinə öz iradını bildirib.

İcra başçısı deyib ki, Azərbaycanda seçkiləri izləməyə gələn xarici müşahidəçilər nədənsə sürücü və tərcüməçiləri müxalif cəbhədən olan şəxslər arasından seçirlər.

Seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyinə dair informasiya sessiyası Mingəçevir şəhəri və Naxçıvan Muxtar Respublikasında da keçiriləcək.
XS
SM
MD
LG