Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:28

İslam qanunları ilə insanların edam edilməsi...


Tahir Abbaslı
Tahir Abbaslı
“Biz hesab etmirik ki, İranda qorxulu nəsə var”. Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında İslam və Demokratiya Partiyasının sədri Tahir Abbaslı deyib.

İranda islam qanunları adı altında insanların edam edilməsinə gəlincə isə partiya sədri bu məsələdə insanların özünün laqeyd olduğunu bildirib:

“İslamda olan qanunlar fərdlərin düşüncəsindən asılı deyil. Bu qərarı verən Allahdır və bəndələrin də elmi savadı o dərəcədə olmalıdır ki, onu həyata keçirməyə cəsarət eləsin. Sadəcə qanunlar o şəkildə tətbiq olunur ki, tək cəza verənlərə aid deyil. Söhbət cəzanı icra edənlərdən getmir. Bu cəza alanlara əvvəlcədən xəbərdarlıq edilir ki, sizin bu işinizin nəticəsi belə olacaq”.

Tahir Abbaslı Azərbaycanda bu qayda-qanunların tətbiq olunmasının tərəfdarı deyil:

“Əgər Azərbaycan dünyəvi dövlətdirsə, burda olan qanunlar bizə də aiddir. Biz burda müəyyən dövlətçilik proqramları, dövlətçilik qanunları çərçivəsində öz fəaliyyətimizi bərpa etmişik. Və İrandakı qayda-qanunları Azərbaycana gətirmək və onlardan istifadə etmək niyyətimiz yoxdur”.

Tahir Abbaslı partiyasının əsas məqsədini də açıqlayıb:

BİZ İSTƏMİRİK Kİ, YETİM GÜNÜNDƏ QALAQ

“Bizim missiyamızın bir əsas məqsədi budur: Azərbaycan islam dünyasından təcrid olunmasın, türk dünyasından təcrid olunmasın. Biz istəmirik ki, yetim günündə qalaq”.

Partiya sədri deyib ki, xalqın taleyi onlardan asılı olsa, dövlətçilik prinsiplərindən çıxış edəcəklər:

“Xalqın taleyi bizdən asılı olsa, bütün vasitələrdən istifadə etmək niyyətindəyik. O məqsədlə ki, xalq, dövlətçilik, sağlam düşüncə zərər çəkməsin”.

Tahir Abbaslı islam qaydalarına uyğun dövlət qurulmasına nəinki Azərbaycan cəmiyyətinin, heç özünün də hazır olmadığını deyib. Partiya sədri Qərbin islama olan münasibətindən də danışıb:

“İslam və Demokratiya Partiyasının bir missiyası ondan ibarətdir ki, Qərbin islam dünyasına olan işğalçılıq, düşmənçilik kabusunu dağıtsın. Biz dəfələrlə müraciət etmişik xristian-demokrat partiyalarına, digər təşkilatlara ki, İslam və Demokratiya Partiyası bu arada körpü rolunu oynasın”.

MÜTLƏQ DEYİL Kİ, PARLAMENTƏ DÜŞƏSƏN, HAKİMİYYƏTİ İDARƏ EDƏSƏN


Özlərini Allahdan başqa hər şeyə müxalifət adlandıran Tahir Abbaslı parlament seçkilərində iştirak barədə suala da cavab verib:

“Mütləq deyil ki, parlamentə düşəsən, hakimiyyəti idarə edəsən. Mütləq deyil ki, bir partiya yaradılsın. Bunlar hamısı bir vasitədir ki, cəmiyyətin qayğısına qalınsın. İndiki zamanda mətbuat, tribunalar, internet az da olsa dadımıza çatır. Söhbət ondan gedir ki, bu gün görürük ki, istər müxalifət düşərgəsində açıq-aydın istər mətbuatda bəzi dostlarımız elan edir ki, biz ateistik. Yolumuz da budur. Bu adamların arasından keçib, xalqa özümüzü seçdirmək çox çətindir”.

XS
SM
MD
LG