Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Yerevandadır.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Polad Bülbüloğlu MDB Ölkələri Gənclər Simfonik Orkestrinin konsertində iştirak etmək üçün Yerevana gedib.
Ermənistan prezidenti Serj Sarkisyan və Ermənistanın Rusiyadakı keçmiş səfiri, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru
Armen Smbatyan da konsertə qatılıb.
Xatırladaq ki, bu orkestr sentyabrın 22-də məşhur dirijor Vladimir Spivakovun rəhbərliyi ilə “Üzeyir Hacıbəyov-125” beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında da konsert verib.
Konsertdə Rusiyadan xüsusi nümayəndə heyəti, o cümlədən Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy,
Ermənistanın Rusiyadakı keçmiş səfiri, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Armen Smbatyan və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak ediblər.