İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin tikintisinə qolulmuş qadağanın uzadılmayacağını bildirib.
Qadağanın müddəti bu gün sona yetir.
Bu məsələ bu yaxınlarda bərpa olunmuş İsrail-Fələstin sülh danışıqlarını əngəlləyib.
Fələstin prezidenti Mahmud Abbas dəfələrlə bəyan eləyib ki, əgər İsrail yəhudi qəsəbələrinin tikintisini davam etdirsə Fələstin tərəfi sülh danışıqlarından çıxacaq.
Amma Mahmud Abbas bu gün Parisdə Frans Press agentliyinə bildirib ki, qərar verməzdən əvvəl, oktyabrın 4-də məsələni Ərəb ölkələrinin xarici işlər nazirlərilə müzakirə etmək fikrindədir.