Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

İranın nüvə stansiyasının kompyuterləri virusa yoluxub


İranın rəsmi İRNA agentliyi xəbər verir ki, ölkənin ilk nüvə zavodunda şəxsi heyətin kompyuterləri olduqca mürəkkəb viruslarla yoluxub. Amma layihənin meneceri Mahmud Cəfəri bildirib ki, virus Buşehr stansiyasında əməliyyat sistemlərinə zərər vurmayıb.

Rəsmilər ölkənin bir elektron müharibə ilə üz-üzə qaldığını deyirlər.

Onlar virusun ölkənin su təchizatı sistemində, neft sənayesində, elektrik stansiyalarında və başqa zavodlarında da zəif hədəfləri sıradan çıxardığını deyirlər.

"Stuxnet" adlanan bu virus əsasən Siemens şirkətinin su təchizatı, neft sənayesi, elektrik stansiyaları kimi zavodlarda istifadə edilən proqramlarına zərər vurur.
XS
SM
MD
LG