Mirmehdi AĞAOĞLU
“Ədəbiyyat həyat tərzidir”
Qustav Flober
Somerset Moemi “Ay və qara şahı” əsərindən tanıyıram. Əsər impersionizmin ən böyük nümayəndələrindən biri rəssam Pol Qogen haqqındadır.
Pol Qogen digər böyük rəssam Vinsent Van Qoq ilə dost idi, ikisinin də həyatı faciəvi sonluqla bitmişdi.
Biri intihar elədi, digəri sifilisdən öldü. Van Qoq haqqında isə İrvinq Stounun “Yaşamaq yanğısı” əsəri var.
Amma o əsər “Ay və qarı şahı” qədər güclü deyil. Moemin əsəri, daha güclü və bədiidir.
Stounun əsəri yalnız Van Qoqun həyatınından bəhs etdiyi üçün bu qədər dəyərlidir, “Ay və qara şahı” isə bioqrafik səciyyə ilə yanaşı həm də, çox gözəl, ustalıqla yazılmış romandır.
Moemdən oxuduğum ikinci əsər “Əyilməz qadın” hekayəsi idi. Bir neçə il əvvəl “Sənət” qəzetində Azad Yaşarın tərcüməsində verilmişdi.
Əsərdə alman zabitinin zorladığı, sonradan əməlindən peşman olub evlənmək istədiyi bir qadından bəhs edilir.
Alman zabitindən hamilə qaldığını bilən qadın uşağı istəmir. Düşməndən olan körpəsini bir gecəyarı buz kim soyuq çayda boğur. Necə də soyuq bir əsər.
Moemin bir əsəri də var. İngilscə “The summing up” azərbaycanca isə təqribi olaraq “Yekun vuraraq” adlanır.
Əgər Mariya Varqas Lyosa “Gənc romanistə məktub” əsərində sırf roman yazmaq texnikasından bəhs edirsə, “Yekun vuraraq”da yazıçı keçdiyi həyat yolundan, yaradıcılıq təcrübəsindən danışır, hər bir yeni başlayan yazıçıya lazım ola biləcək dəyərli öyüdlər verir.
Somerset Moemi daha çox romanları ilə tanısaq da o pyesləri ilə məhşurlaşmışdı. “Yekun vuraraq”da özü də etiraf edir ki, məhşur olmamışdan qabaq romanları bir o qədər tələb olunmurdu, bir dramaturq kimi məhşurlaşandan sonra oxunmağa başladı romanları.
Moemin pul haqqında çox gözəl fikri var: “Pul altıncı hissdir, onsuz qalan beş hiss natamamdır”.
Roman yazmaq üçün asudə vaxt və pul lazımdır. Buna görə də Moem daha asan bir variant olan pyes yazma işinə başlayır. Kifayət qədər məhşurlaşandan və qonorar qazanmağa başlayandan sonra isə roman yazmağa başlayır.
Lap əvvəl isə Moem həkim işləmişdi.
Tibbi təhsil almış yazıçı bir müddət müqəddəs Foma xəstəxanasında həkim işləyir və daim xəstə, yoxsul, savadsız, bir sözlə cəmiyyətin alt təbəqəsi ilə münasibətdə olur.
Xəstəxanada işlədiyi müddətdə rastlaşdığı acı insan taleləri ona gələcəkdə yaradıcılığında böyük kömək edəcəkdi, yazmaq üçün ona kifayət qədər mövzu verəcəkdi.
Yazıçı deyir: “Yazıçı üçün həkim işindən yaxşı məktəb tanımıram”. Xatıralayaq A. Çexov da, R. Tağı da ixtisasca həkimdirlər. Paşa Qəlbinur bu sıraya daxil deyil.
S. Moemin söz ehtiyatı az idi. Onun dili də, bir o qədər zəngin deyildi, cümlələri quru, cansız alınırdı. Bədii ifadə vasitələrindən lazımınca yararlana bilmirdi. Amma özünün dediyi kimi o yazıçı doğulmamışdı, o yazıçı oldu.
O həm də deyirdi ki, çox yazmasan, yaxşı yaza bilməyəcəksən. Moem öz imkanların düzgün qiymətlərməyi bacarır və bunlardan maksimum istifadə etməyə çalışır.
O Britaniya muzeyinin kitabxanasına gedib lüğətdən nadir qiymətli daşların, müxtəlif əşyaların adlarını öyrənir, sonra onları yadda saxlamaq üçün müxtəlif ifadələrdə işlədir.
O müxtəlif yazıçıların əsərlərindən parçalara oxuduqdan sonra yadında qalanları yazmağa çalışır, sonra müqayisə edir.
Bir də çoxlu mütaliə edir. Moem yazır ki, oxumaq mənim üçün istirahətdir. “Əlimə nə keçirdisə yaxşı-pisliyindən asılı olmayaraq oxuyurdum.
Oxumaq ehtiyacdır, müəyyən müddət oxuya bilməyəndə morfisiz qalmış morfinist kimi özümdən çıxıram. Məncə heç bir şey oxumamaqdansa qatarların hərəkət cədvəlini oxumaq yaxşıdır”.
“Dil yaşayır və arasıkəsilmədən dəyişir; uzaq keçmişdə olduğu kimi yazmaq cəhdləri, ancaq süniliyə gətirib çıxara bilər.” Moem gənc yazara çağdaş dildə yazmağı tövsiyyə edir.
Hətta buna görə 17-ci əsr manerasında yazmağa çalışan Anatol Fransı da qınayır. Onun sadə dilindəki canlılıq çatışmamazlığını da Fransın keçmişə meyli ilə əlaqələndir.
Somerset Moem səyahət etməyi çox sevirdi. O tez-tez Avropanı səyahətə çxır, Çinə, Polineziyaya, Ameriakaya səfər edirdi.
Bu da ona yeni-yeni süjetlər, materiallar tapmaqda kömək edirdi. O süjet tapmaqda heç vaxt çətinlik çəkməyib, hafizəsində həmişə iki-üç əsər üçün hazır süjetləri olub.
Moem Rusiyada da olmuşdu. Nə qədər qəribə gəlsə də, o Rusiyaya xüsusi tapşırıqla Böyük Britaniyanın kəşfiyyat orqanı “Mİ-5”-in agenti qismində gəlmişdi.
Tapşırığı isə Rusiyanı Birinci Dünya müharibəsindən çıxmağa qoymamaq idi.
Lakin bolşeviklərin çevrilişi ilə Rusiya müharibədən çıxır və Moemin tapşırığı müvəffəqiyyətsizliklə nəticələnir.
Moem müntəzəm olaraq yazmağı məsləhət görür.
İ. P. Povlovun təcrübəsindən bildiyimiz, biologiya kitablarından cizgiləri yaddaşımızda qalmış təcrübə iti hər gün eyni vaxtda qida qəbul etdiyi təqdirdə artıq buna öyrəşmiş mədə yemək saatı yaxınlaşan kimi şirə ifraz etməyə başladığı kimi, yazıçı da özünü hər gün eyni saatda çalışmağa vərdiş etdirdikdə beyin daha asan çalışmağa başlayır.
Çalışma saatı yaxınlaşanda beyin aktivləşir, artıq əllər özü-özündən yazmağa başlayır. Şoferlər demiş beyinin ikinci klapanı açılır.
Dövrümüzün məhşur fransız yazarı Bernar Veber yerlə göy bir olsa da hər gün səhər dörd saat çalışmalıdır. 49 yaşlı yazıçı bu vərdişinə lap gənc yaşlarından əməl edir.
Bəlkə buna görə də onun əsərləri bestsellerdir.
S. Moem “Yekun vuraraq”ı 64 yaşında yazmışdı. Amma bu əsərlə Moem yaradıcılığına yekun vurası olmadı. 1965-ci ildə 91 yaşında vəfat edən 1874- cü il doğumlu yazıçı bu əsərdən sonra hələ çox əsər yazası oldu.
"Alma" qəzeti