Bilməzdim bu qədər tutarlı olsun,
Sevgim əzab verib baş ağrı olsun,
Dərdimlə bürüdüm səni bir anda
Rahatlıq tapmadım bu gen dunyada.
Bəlkə də, həvəsdi bu cılğın sevgin
Ötəri bir hiss tək gəlib gedəcək
Bəlkə də Məcnun tək alışıb yandın
Bəlkə də uzaqdan sevib ayrıldın.
Uzaq göturdükcə özünü məndən
Bəlkə də sanırsan hər şey düzələr,
Əksinə sıxılıb bu hisslərdən mən
Dönüb qayıdacam boğuq dünyama
Ya da qərq olaram bu yer üzündən.
Sevgini verib uzaqlaşma sən
Sənə inanıram əzizim tək mən,
Daim yanımda ol, arxa ol mənə
Sevginlə yaşadib duyan ol mənə.
Dekabr
***
Sən mənə vuruldun aradın məni
Bir sevgi ocağı tapdın içimdə
Bəzən alov olub yandırdım səni
Bəzən sevgimlə yaşatdım səni
Səni sevimmi, sevməyimmi mən
Heç daha səndən də soruşmayıram
Bəzən quş tək uçub qanad açıram
Bəzən də qəfəsdə alovlanıram.
Bu qəfəs həmişə yandırır məni
Elə düşünmə ki ağrıdır məni
Əsla istəmərəm sındırım onu
Böyük bir sevgiylə yaşadır məni
Ruhuma sarılıb xəyalımda yat
Bəzən də duman tək yandır içində
Susqunluq yaşadır yandırır səni
Bir anlıq yaxın tut sevginə məni
27.01.10 saat 0:13
***
Gəl mənim varlığım gəl mənim yarım
Gəl mənim solmayan ilkin baharım
Gəl qonaq ol mənim kiçik qəlbimə
Məhəbbətlə doldur yaşat sevdalım
Dünyam qara olub döndü başıma
Bu qara günlərim keçmir əqlimdən
Səninlə xöşbəxtəm varam hər zaman
Əbədilik sözü düşmür dilimdən
Durub pəncərədən baxıram yola
Nə qədər yollar kələ-kötürmüş
Düşünürəm hərdən belə şey olar?
Ürəyim sevginə səcdə edirmiş
Donmuş hisslər
Ala gözlərimdə bir məna vardı
Heyif o mənanı ala bilmədin
Bəzən sənə baxıb anlatsam belə
Qəlbimin içinə dala bilmədin
Baxıram kənardan gözlərin təmiz
Düşüncən kirlidir, bəs hisslərimiz?
Necə kənar qaldı, necə yox oldu
Kaş heç birləşməzdi ürəklərimiz
Duygularım param-parça
Xoşbəxlikdən viran etdin
Bu həyatda, ruhumu da
Sevgimi də, talan etdin
Kənar etdi sevgisini
Kirli baxdım bu dünyaya
Bundan sonra inanımmı?
Qəlblərdəki duygulara
Sevgi hisslərim
Sevgidən mən yazıram
Lakin inanmayıram
Sevgi duyğularımdan
Mən heç usanarmıyam?
Ötən günlərimdən çox peşimanam
Kaş o günlərimə qayıda biləm
Birdə ömür versə tanrım bu andan
O gözəl günləri xöşbəxt edərəm
Zindan
Azadlıq eşqiylə yanıram hər an
Bu dustaq həyatı vermir rahatlıq,
İstərəm xoş günə çıxam bu andan
Xoşbəxt günlərimə qayıdam artıq.
İnsanlar xoşbəxtdir rahat evində
Amma xoş günlərin qədri bilinmir,
İnan ki, bilsələr zindan içində
Necə tənhalıqdır, necə çətindir.
Bir dəmir boşqabdır, bir qara çörək
O sənə həm hava, həm də bir su tək,
Yaşadır ümidlə nə vaxtsa sən də
Azad gəzəcəksən bir qaranquş tək.