Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:07

W yoxsa V ? - İqtisadiyyatda əlifba davası


Seul bankında avro/dollar qrafiki
Seul bankında avro/dollar qrafiki
W, V yoxsa U?
Hazırda dünyada iqtisadçıları maraqlandıran yəqin ki, ən populyar sual budur.
Soruşa bilərlər ki, bu hərflərin iqtisadiyyata nə dəxli?

-Birbaşa dəxli var. Çünki bu hərflər indiki dünya iqtisadi böhranından çıxmağın şəklini göstərir.

Bəziləri deyir ki, böhrandan çıxış V şəklində olacaq, yəni böhranın bir dibi vardı, onu da gördük.
Başqaları eyni fikri deyir, ancaq böhrandan çıxışın rəvan olduğunu bildirir, yəni U hərfi kimi.

Başqaları isə razılaşmırlar, deyirlər ki, böhrandan çıxış W şəklində olacaq, yəni böhranın ikinci dibi hələ qabaqdadır.

Bu, optimistlər arasında gedən mübahisədir. Ancaq pessimistlər də var.

Maliyyəçi Soros neçə vaxtdır deyir ki, 60 illik iqtisadi sikl başa çatdı. Yəni, vəziyyət M kimidir. Yəni, zirvəni artıq görmüşük. Dib harda olacaq? – Bilinmir.

Siz nə düşünürsünüz? Dünya iqtisadçılarının mübahisəsinə Siz də qatılın.
XS
SM
MD
LG