Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) təzyiq və müdaxilələrə etiraz əlaməti olaraq seçkiləri boykot edə bilər.
Bu barədə fikir Milli İstiqlal Partiyasının seçkiyə həsr olunmuş mətbuat konfransında səslənib.
Partiyanın Mətbuat və Təbliğat katibi Əli Orucovun AzadlıqRadiosuna verdiyi məlumata görə, seçki mühitinə və namizədliyini irəli sürənlərin yaxınlarına təzyiqlərə görə partiya artıq 13-dən namizədliyini irəli sürənlərin öz namizədliyini geri götürməsi və həmin dairələrdə seçki kampaniyasının dayandırlması haqqında qərar qəbul edib.
“Namizədlərimizi həm təzyiqlərdən qorumaq və eyni zamanda seçki mühitinə etiraz əlaməti olaraq partiya namizədlərinin geri çəkilməsi barədə qərar qəbul olunub”.
Əli Orucovun sözlərinə görə, 20-yə yaxın dairədə partiya namizədləri imza vərəqələrini təqdim etsələr də onların namizədliyinin qeydə alınması ilə bağlı hər hansı qərar qəbul edilməyib. Əli Orucova görə, təzyiqlər dayandırılmasa partiya seçkini boykotla bağlı qərar verə bilər.
AMİP bu ilki parlament seçkilər müstəqil şəkildə qoşulub və 70 namizəd irəli sürüb.