Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:49

Nobel mükafatı bu dəfə şairə veriləcək?


Tomas Tranströmer
Tomas Tranströmer
Bukmeyker kantorlarında edilmiş stavkalara görə, İsveç şairi Tomas Tranströmer bu il Nobel mükafatını almağa ən şanslı namizəd sayılır. (“Guradian” qəzeti)

Mükafat axır 13 ildə yazıçı və dramaturqlara verildiyi üçün belə bir güman var ki, bu il "Nobel"ə məhz şair layiq görüləcək.

Londonda yerləşən "Ladbrokes" bukmeyker kontorunda 79 yaşlı Tranströmer-in şansları 5-in 1-ə nisbətində qiymətləndirilir.

Ondan sonrakı yerlərdə də şairlər gəlir: polyak şairi Adam Zaqoyevski, suriyalı şair Adonis və koreyalı şair Ko Un. (hamısı 1/8)

Axırıncı dəfə şairə Nobel mükafatı 1996-cı ildə verilib. (Polyak şairəsi Vaslava Şımborska)

Avstraliyalı şair Les Murreyin şansları isə bu il 11-in 1-ə nisbətində qiymətləndirilir.

Amma Nobellə bağlı proqnozlar bəzən heç də yazarların xeyrinə işləmir.

Keçən il “Ladbrokes”da Nobeli almağa ən şanslı namizəd İsrail yazıçısı Amos Oz sayılırdı.

Amma mükafat alman yazar Herta Müllerə verildi.

Tomas Tranströmer Qərbdə 20-ci əsrin ən ünlü şairlərindən biri kimi qəbul edilir.

O, Skandinaviyada verilən ən nüfuzlu ədəbi mükafatlara layiq görülüb. Avropanın ən nüfuzlu poeziya mükafatı sayılan və Almaniyada verilən Petrarka ödülünü alıb.

Onun indiyəcən 12 şeir və nəsr kitabı çap olunub. 1990-cı illərin əvvəllərində beyninə qan sızandan sonra onun bədənini sağ tərəfi iflic olub. Bundan sonra şair sol əliylə yazmağı öyrənib...

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi oktyabrın 7-də elan ediləcək.

Ədəbiyyat üzrə Nobel mükafatı haqda ətraflı oxu
XS
SM
MD
LG