Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:37

Azərbaycana avtomobillərin 40 faizi Rusiyadan gəlir


Birinci yarım ildə Rusiya Azərbaycana minik avtomobilləri ixracında liderdir. Yeni avtomobillərin 44%-i Rusiyadan gətirilir.

Rusiya avtomobilləri əsasən gənclər və baha avtomobil ala bilməyənlər üçün cəlbedicidir. Bu ilin I yarısında Rusiyadan 5226 minik avtomobili gətirilib.

Minik avtomobillərinin əsas hissəsi (6183 ədəd) bu ilin I yarısında uzaq xaricdən gətirilib.

Avtomobillərin gömrük qiymətləndirməsi Gömrük Komitəsinin öz prinsipləri ilə həyata keçirilir. Britaniya minik avtomobilləri Azərbaycan gömrüyündə orta hesabla $20,9 min, Yaponiya avtomobilləri $19,2 min qiymətləndirilir.

Almaniya avtomobilləri gömrükdə daha baha qiymətə deklarasiya edilir - $;21,8 min.

Ixracatçı ölkə Avtomobil sayı Ümumi qiyməti, $ min

Rusiya 5 226 26 000

Koreya Respublikası 3 062 40 464

Yaponiya 1 410 27 100

Britaniya 168 3 520

Almaniya 684 14940

İspaniya 30 421

ABŞ 186 2 540

BƏƏ 168 3 500

Türkiyə 339 2 770

Çin 66 394

Fransa 14 68

Çexiya 6 36

Özbəkistan 277 1 670


Mənbə: Turan İnformasiya Agentliyi
XS
SM
MD
LG