Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

ABŞ rəsmisi Fələstin prezidenti ilə görüşüb


Birləşmiş Ştatların Yaxən Şərq üzrə xüsusi elçisi Corc Mitçel bu gün Ramallahda Fələstin prezidenti Mahmud Abbasla görüşüb.

Məqsəd bu yaxınlarda bərpa olunmuş İsrail-Fələstin sülh danışıqlarını qorumaqdır.

İsrailin İordan çayının qərb sahilində yəhudi qəsəblələrinin tikintisinə qoyulmuş qadağanı uzatmaqdan imtina etməsi danışıqları əngəlləyib.

Mahmud Abbas bildirib ki, Fələstin tərəfi buna görə danışıqlardan çıxa bilər.

Corc Mitçelin sözlərinə görə Mahmud Abbasla görüşdə danışıqları davam etdirmək üçün hər iki tərəfi qane edən şərtlər müzakirə olunub.
XS
SM
MD
LG