Tanınmayan Dağlıq Qarabağ Respublikası parlamentinin rəhbəri Aşot Qulyanın ABŞ Konqresində keçirdiyi görüşlərlə bağlı Azərbaycan ABŞ-a nota verib. Nota sentyabrın 24-də Xarici İşlər nazirliyinə dəvət edilən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinqə təqdim edilsə də, nazirlik bu barədə məlumatı oktyabrın 1-də yayıb.
Bu barədə AzadlıqRadiosuna XİN-nin mətbuat katibi Elxan Poluxov məlumat verib.
Onun sözlərinə görə, görüş zamanı amerikalı diplomata Azərbaycan tərəfinin belə hallar baş verdiyi üçün dərin təəssüfü və qəti etirazını bildirilib. Görüşdə, həmçinin qeyd olunub ki, Azərbaycan mövqeyi prinsipial olaraq qalır:
«Belə cəhdlər - işğal olunmuş ərazilərdən hansısa şəxslərin üçüncü ölkələrə səfərinin təşkil edilməsi, xüsusən də, ABŞ-ın həmsədr olduğunu nəzərə alaraq, belə səfərlərin bu ölkəyə təşkil olunması Azərbaycan tərəfinin qəti narazılığı və etirazına səbəb olub. Belə səfərlər ölkələr arasında münasibətlərə kölgə sala bilər».
Elxan Poluxovun sözlərinə görə, notaya cavab olaraq, bir neçə gün əvvəl ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanın ABŞ-dakı səfirliyinə bildirilib ki, Aşot Qulyanın səfəri fərdi qaydada – Ermənistan vətəndaşı olaraq, şəxsi səfər kimi həyata keçirilib və bu səfər zamanı o, heç bir rəsmi görüş keçirməyib. ABŞ tərəfi Azərbaycan ərazi bütövlüyünü tanıdığı barədə mövqeyini bir daha təkrarlayıb.