Ötən yüzilin 90-cı illərində Azərbaycanımızın bütövlüyünü parçalamağa yönəldilmiş, “Talış Muğan Respublikası” adında iyrənc bir oyun oynayan, ölkə dışından göstəriş, eləcə də pul alan bir “güc” ortaya çıxmışdı.
Bu oyunun bir iyrəncliyi də “Dağlıq Qarabağdakı” alçaq, düşkün separatizmi “doğrultmağa” yönəldilməsində idi. Dünyaya “göstərmək” istəyirdilər ki, Azərbaycan “əzilən”, “tapdanan” “xalqların” dara düşüb çıxa bilmədiyi bir ölkədir.
Məncə belə yazıların yazılması, Azərbaycanda yüzilliklər boyunca yaşayan türkdilli olmayan ulusların yanında olmağımız, yağılarımızın bu alçaq qurğularının onların arasında yer almasının qarşısını kəsməyə yarayardı.
Araz GÜNDÜZ
LƏNKƏRAN DEYƏNDƏ QABARIR SİNƏM
(Anılar)
I yazı
Başlıqda verdiyim bu sözlər, lənkəranlı gözəl şair Vaqif Hüseynovun şeirindən götürülüb.
Nə yazıq ki, bu bənzərsiz, gözəl şair öz sözünü axıracan deməyə macal tapmamış, yer üzündən köçüb, ulu göylərə — Tanrı qulluğuna yollandı.
Onun ad-sanına yaraşacaq bir-iki söz demək istəyimi az sonraya saxlayıram...
1980-ci ildə o çağlar Azərbaycan Dövlət Universiteti adlanan, indiki BDU-nun tətbiqi-riyaziyyat fakültəsini bitirərkən, yazdığım “Diplom işinə” başçılıq eləməyi Elmlər Akademiyasının Kibernetika institutunda işləyən bir alimə tapşırmışdılar.
İlk görüşümüzdəcə soruşdu:”haralısan?” Dedim:”cəlilabaddanam”. Nədənsə üzü tutuldu, az sonra gərilmiş bir səslə soruşdu: ”Talış deyilsən ki?”
Mən:”Türkəm”— dedim. Sözümün ona olduqca çöçün (təəcüblü) gəlməsi böyüyən gözlərindən, anlaşılmazlıq yağan üzündən bilinirdi:
— Necə yəni türk?
— Biz hamımız türk deyilikmi, bu azərbaycanlı sözü qondarma bir sözdür...
— Demək pantürkistsən... Bunun bizim görəcəyimiz işə qarışacağı yoxdur, gəl öz işimizdən danışaq...
Quş uçuşu hündürlüyündən baxanda, Muğan düzünün necə güneyə sarı uzanıb, öncə güney-batı sarıda Buravar dağının ətəklərinə toxunub daraldığı, sonra güneyə sarı bir az da uzanıb birdən... ayrı bir düzənliyə(!) dirənərək qurtardığı görünür.
Bu iki düzənliyin ayrılıb-seçilməsi yayda bir az da gözəçarpan olur, ona görə ki, Muğanın yayın qızmarında yanıb-ütülmüş, qarsıyıb-bozarmış çölləri birdən qurtarır, elə bu qurtaran yerdəncə yam-yaşıl bir düzənlik başlayır ki, bu düzənliyin bir yanı dənizə, o biri yanı Talış dağlarına söykənir.
Bax, elə burada, yay-qış yaşıllığı göz oxşayan bu torpaqlarda Talış ulusu yaşayır.
Görünür minillər öncəsi, saysız qoyun sürüləri, at ilxıları ilə köç edən Türk elləri bura çatanda dayanmış, qarşıdakı torpaq parçası onların işinə yaramadığından, burdan o yana keçməmişdilər.
Ən çoxu da ona görə ki, keçmişlərdə bu yerlər, izləri indi də qalmaqda olan qalın meşəliklərlə, bataqlıqlarla örtülü olmuşdur.
Burada artıqraq çöçünlü olan isə odur ki, Talış ulusunun yaşadığı yerlərə bitişik düzənlikdə — Muğan düzünün qurtaracağında, türkcə olan yer adları elə bir sıxlıqla səpələnmişdir ki, Azərbaycanın başqa yerlərində bununla üzləşməzsiniz.
Bulqar-Savirlərin adına bağlı olan Biləsuvardan, Bulqarçaydan keçib gedirsiniz, qarşınıza adını çox əski bir türk boyundan almış Mişarçay çıxır, irəliləyib əski türk boyu komanlardan qalma Komanlı kəndindən keçib, başqa bir əski Türk ulusu olan basmalların ad qoyduqları Masallıdan sovuşub Talış ulusunun yaşadığı torpaqlara çatırsınız. (Mən ancaq elə yol boyunca üzləşdiyimiz türköklü yer adlarını sadalayıram, hamısını dilə gətirsək, uzun çəkər.)
Burada çox önəmli olan bir də odur ki, sadaladığımız yer adları Oğuzlarla bağlı olmayıb, bizim era deyilən çağın ilk yüzilliklərində başlayan Hunların böyük köçünə qoşulmuş ünlü, çox əski Türk boylarının adlarını daşıyır.
Bir də... talışlar bizim milli kimliyimizi özümüzdən də yaxşı tanıyaraq(!), bizi öz milli kimliyimizə dediyimiz yanlış:”müsəlman”, ya da qondarma:“azərbaycanlı” kimi çağırmırlar, bizə çox düzgün olaraq türk deyirlər ki, bu da onların tarixi bilcəklərinin(yaddaşlarının) əskiliyindən, qayımlığından(möhkəmliyindən) qaynaqlanır...
Loru dildə desək, talışı “öldürsən” də bizə “azərbaycanlı” deməz, biz isə... özümüzə nə istəsən deyərik(!)... bilmirəm nə deyim ki, ürəyim soyusun...
Mən öz ömrümdə elektrik işığını ilk dönə 9 yaşımda görmüşəm, bu eləyir 1966-cı il. Evimizə bizlərdə “miz” deyilən stol, onunla yanaşan stullar isə mənim 10 yaşım olanda “gəlib”.
O çağacan yerdə oturub, neft lampasının işığında kitab oxuyar, yazılarımızı isə döşəmədə, ağzı üstə uzanıb yazardıq.
Televizorun ayaq açmadığı evimizdə, ən çox da uzun qış gecələrində, onun yerini Atamızın bizim üçün danışdığı anıları(xatirələri) tutardı.
Nədənsə bu anılar hardan başlayır başlasın, fırlanıb Atamın Lənkəranla bağlı olan 4 illik yaşamının üstünə gəlib çıxardı.
Atamın Lənkəran Pedaqoji Texnikumunda oxuduğu illərlə bağlı anıları isə bitib-tükənmək bilməzdi, ən önəmlisi də o idi ki bu danışıqlarda yenələnmək(təkrarçılıq) yox idi, yəni Atam Lənkərandan dönə-dönə, özü də ancaq yeni-yeni olaylar danışardı.
Bu çağacan bilcəyimdə qalan o söz-sovu burada danışsam uzun çəkər, sözün qısası, Atamın dediklərindən belə çıxırdı ki, Lənkəranda ancaq yaxşı adamlar yaşayır, orada pis adamlar olmur, bunu isə orada üzləşdiyi çoxlu başagəldilərlə anladırdı...
Cəlilabaddan 8 ağaclıq(60 km) yolda olan Lənkəranda olmasam da, Atamın danışdıqlarından artıq oranı tanıyırdım da, desən bu yerə bir sayqı da duyurdum...
Universitetin V kursunda oxuyanda, günlərin bir günü dedilər ki, səni dekan yanına çağırır. Getdim. Barmağı ilə qarşısındakı kağızın bir yerini mənə göstərdi:”Lənkərana bir yer ayırıblar, təyinatını ora versək gedərsənmi?”
Düzü bu mənim üçün çox gözlənilməz bir sorğu olduğundan, nə deyəcəyimi kəsdirə bilməyib susdum.
Dekan durumu başa düşüb dilləndi: “Bilirsən, bu yer könüllü getmək istəyən üçündür, onsuz da Bakıdan aldığımız təyinat yerlərini doldura bilmirik. Lənkərandan mənim özümə zəng vurub kimisə göndərməyi dönə-dönə istəyiblər, düşündüm ki, sən də o bölgədənsən, ola bilsin getmək istəyərsən.
Yaxşı, get düşün, ora getmək istəsən mənə deyərsən.” ...Beləliklə, 3-4 gün sonra dekanla təyinatımın Lənkərana verilməsini anlaşdıq.
Ucsuz bucaqsız, hamıya çatacaq, yer darlığının nə demək olduğu bilinməyən, əngin çöllərdə yaşamağa alışmış əski Türklər Ocaqlarında boya-başa çatmış, böyümüş oğullarını öncə evləndirib, sonra yeni Ocaq qurmaq üçün gərəkən: atdan-dəvədən, qaramaldan-davardan damazlıq, ev avadanlığından işə yarayacaq nə varsa verib, onları ayırırdılar.
İssız, geniş çöllərdə ürəyi istəyən kimi yerləşib yaşamaq üçün əməyə qatlaşmaq, çalışıb-çabalamaq, yəni öz yeni Ocağını qurmaq isə onların özündən asılı olurdu.
Beləcə böyük qardaşlar bir-bir Ocaqdan ayrılıb gedir, ən kiçik qardaş Ocağın ardıcı(varisi) kimi ata-anasının yanında qalırdı. Ata Ocağının ən kiçiyi olmadığımdan mənim üçün də qarşıda ayrılıb getmək sınağı var idi.
Nağıllarımızda mənim üçün uzun illər qaranlıq qalan bir yer vardı. Unutmuş olmazsınız, üç qardaş, ya da elə tək bir igid az gedib-üz gedib, dərə-təpə-düz keçib üç yol ayrıcına çatır.
Bu üç yolun öz adları var:”gedər-gələr”, “gedər-qalar”, “gedər-gəlməz”. Nədənsə bütün nağıllarda “gedər-gəlməz” yolu tutub gedən kimsə sonda uğura çatır!
Çox sonralar “Əski Türk dili” sözlüklərindən oxuyub-biləndə ki, ötən çağlarda ulu babalarımız Türklər, indi işlətdiyimiz, dilimizə ərəbcədən keçmiş: “haqq”, “ədalət” sözlərinin yerinə “qayıtmaz” sözünü işlətmişlər, anladım ki, “gedər-gəlməz” yoldakı “gəlməz”—qayıtmaz demək olan söz bu yolun ən düz, ən doğru, yəni “ədalətli”, “haqq yolu” olması anlamındaymış.
Bu günə kimi də unutmadığım, 1980-ci ilin 5 oktyabrında, pal-paltarımı yığışdırıb-götürüb, ata-anamın uğur dilədiyi “gedər-gəlməz” yola düşüb, Lənkərana sarı yollandım...
30 sentyabr 2010-cu il