Braziliyada prezident seçkisinin ikinci turu oktyabrın 31-də keçiriləcək
Braziliyada prezident seçkisinin qalibi oktyabrın 31-də keçiriləcək ikinci turda məlum olacaq.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, oktyabrın 3-də keçirilmiş seçkidə hakim Əmək Partiyasının namizədi Dilma Rousseff önə çıxıb.
Seçicilərin 47 faizinin səsini qazanan Dilma Rousseff ikinci turda qalib gəlsə, Braziliyanın ilk qadın prezidenti olacaq. O qalib gəlmək üçün səslərin yarısını yığmalıdır.
Dilma Rousseff əsas rəqibi, müxalifət nümayəndəsi, Sao Paulo ştatının keçmiş qubernatoru Jose Serra ilə mübarizə aparacaq. O seçicilərin 33 faizinin səsini qazanıb.