Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

İranda nüvə obyektinin əməkdaşı oğurlanıb


İrandakı sünni qrupu ölkədəki nüvə obyektlərindən birinin əməkdaşını girov götürüb.

Cundallah qrupunun internet saytında onun İsfahan əyalətindəki atom stansiyasının əməkdaşı Əmir Hüseyin Şirani olduğu bildirilir.

Məlumatda bildirilir ki, Şirani İranın nüvə ekspertləri barədə vacib məlumatlar bildiyindən onun açıqlamaları İran rejiminə baha başa gələcək.

Qrup susmaq əvəzində həbsdə olan üzvləri və sünni siyasi məhusların azad edilməsini tələb edir.

İran rəsmiləri Şiraninin oğurlandığını təsdiqləsələr də onun bu sahədə az işlədiyini deyirlər.
XS
SM
MD
LG