Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:20

«Hələ ümid var»


Mirəli Hüseynov
Mirəli Hüseynov
“Demokratiyanı Öyrənmə” İctimai Birliyinin rəhbəri Mirəli Hüseynov deyir ki, qeydiyyatından imtina olunan namizədlərin şikayətləri haqlıdırsa, hələ araşdırılma və qeydiyyat imkanları var.

Qeydiyyatdan imtina olunanlar 3 gün müddətində şikayət edə bilərlər, məhkəmə və yuxarı seçki komissiyası onların namizədlik haqqını bərpa edə bilər. “İşdən sonar” proqramında canlı yayımda 74 saylı Lənkəran kənd, 113 saylı Şəki, 17 saylı Yasamal 3-cü, 122 saylı Xankəndi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairələrindən namizədlərin şikayəti, DSK və icra strukturlarının nümayəndələrinin cavabların səslənib.

Seçki prosesini müşahidə edən təşkilatın nümayəndəsi bildirir ki, seçicilərə təzyiq halları xüsusilə kənd bölgələrində geniş yayılıb.

Oktyabrın 11-də efirə getmiş “İşdən sonar”nı dinləsəniz biləcəksiniz ki, aşağıdakı problemlərlə üzləşənlərə hüquqşünaslar nə tövsiyə edir.

SEÇİCİ NAMİZƏDLƏ HAKİMİYYƏT ARASINDA?

Dairə seçki komissiyaları namizədlərin seçiciləri aldadıb imza yığdığını, namizədlər isə polisin və icra hakimiyyətinin seçicilərə təzyiq edib imzasından imtinasına nail olduğunu iddia edirsə...

İMZALARI KİM YOXLAYIR?

Dairə seçki komissiyalarının yanında ekspert qruplarının tərkibi və qərəzsizliyi şübhə doğurursa, namizədlər seçici imzalarının yoxlanması prosesinə buraxılmırsa...

NAMİZƏDƏ İMZA TOPLAYAN İŞDƏN QOVULURSA...

Və xüsusilə də bundan əvvəl həmin adamlar “profilaktik” söhbət üçün icra hakimiyyətinə çağırılırsa...

Sizin seçki təcrübəniz necədir? 2010 parlament seçkilərində öz rolunuzu necə görürsünüz? Şərhlərinizi yazın.



XS
SM
MD
LG