Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:05

Var-dövlətini özü qazanan qadınlar



Bir çox qadın var ki, var-dövləti atasından və ya ərindən miras qalıb.
Ancaq milyonlarını özü qazanan qadınlar daha çoxdur.

Hurun Araşdırma Institutu var-dövlətini özü qazanmış ən varlı qadınların bu ilki siyahısını dərc edib.

Belə qadınlar arasında dünyanın 3 ən varlı qadını çinlidir.
Dünyanın belə ən varlı 20 qadınından 11-i yenə Çindəndir.

Dünyada varını özü qazanmış ən zəngin qadın 53 yaşlı Janq Yindir. Təkrar kağız emalı şirkətinin sahibi olan bu qadının 5,6 milyard dollarlıq sərvəti var.

Dünyada Çindən olmayan və biznesini özü yaratmış ən varlı qadın isə ispaniyalı Rosalia Meradır. Geyim satış şəbəkəsi “Zara”nın sahibinin 3,5 milyard dolları var. O, 4-cü yerdədir.

Amerikalı televiziya jurnalisti Opra Vinfrey 2,3 milyard dollarlıq sərvətlə 9-cu yerdədir.

ÇİNLİ QADINLAR NİYƏ İRƏLİDƏDİR?

Financial Times yazır ki, əvvəla, Mao Tsze Dundan gələn bir fikir hakimdir ki, bütün çinli qadınlar işləməlidir. Çinli qadın ərinin əlinə baxmağa öyrəşməyib.

İkincisi, Nyu Yorkdakı İş-Həyat Siyasəti Mərkəzi adlı təşkilatın araşdırmalarına görə, dünyada ən ambisiyalı qadınlar çinlilərdir.

İşləyən çinli qadınların 76 faizi karyerasını düşünür, ən yüksək vəzifə tutmaq arzusundadır.

Müqayisə üçün, belə düşünən amerikalı qadınlar 52 faizdir.
XS
SM
MD
LG