Doğum evlərindəki çıxış qapısında gözləyənlərin adətən üz-gözündən bəxtiyarlıq yağır. Sabunçu xəstəxanası kimi tanınan 3 saylı şəhər Klinik Xəstəxanasının qabağına yığışanlar da hay-küylü, sevincəkdirlər. Hamı yeni doğulmuş körpəsini diqqət-qayğı içində, gül-çiçəklə yeni evinə aparmağa tələsir.
Amma Ruhiyyə Hüseynova bir həftədir bu bəxtəvər ata-analara baxıb köksünü ötürür. Yeni doğulacaq balasının qucağına alacağı günü və artıq həbsxanaya çevrilmiş xəstəxanadan çıxacağı günü gözləyir.
29 yaşı var, 10 ay əvvəl maşın yumaqla gündəlik çörək pulu qazanan Əhmədlə ailə qurub. Ayrıca kirayə ev tutmaq imkanları da olmayıb. Əhmədin dostu ilə şərikli bir mənzili kirayəyə götürüblər. Ayda yüz manatı ödəməyə bəzən imkanları çatmayıb, otaq qonşuları, Əhmədin dostu, ya da dostunun anası əl uzadıb.
Oğulları olacağını eşidəndə seviniblər. Amma onun üçün bir corab almağa belə imkanları çatmayıb. Yenə də Əhmədin dostunun anası və xanımı körpənin ilk bazarlığını boyunlarına götürüblər.
Beləcə, gün ötüb, ay dolanıb, oğulları dünyaya gəlməyə tələsib...
«UŞAQ ANA BƏTNİNDƏ ƏZİYYƏT ÇƏKİR, QEYSƏR OLUNMALIDIR!»
«Təcili yardım çağırdıq. Təcili yardım Respublika Xəstəxanasına aparmaq istəyirdi, qoymadıq. Əri dedi ki, mənim imkanım yoxdur, bura Sabunçuya aparın. Xəstəxanaya getdik. Qızı yoxladılar. Dedilər ki, uşaq içəridə əziyyət çəkir. Bax, belə də dedi həkim. «Uşaq ana bətnində əziyyət çəkir, azadlığa çıxmağa çalışır. Qeysər əməliyyatı olunmalıdır». Mən də dedim ki, əməliyyat mümkün deyil. Bunun başqa yolu yoxdurmu? O da soruşur ki, heç imkanları yoxdur? Onda patologiya şöbəsində yatırdaq. İynə də vurdular, ağrıkəsici...»
«YOXUDUR DA ÖLƏSİ DEYİL Kİ...»
Lalə Haşımova Əhmədin dostunun həyat yoldaşı, üstəlik də otaq qonşusudur. Ruhiyyənin başına gələnləri də o, danışır. Həkimlə söhbətin sonrasını belə davam etdirir:
«Həkim dedi ki, əməliyyat olunsa, hansı salamat qalacağına qarantiya verə bilmirik. Niyə qarantiya vermirlər ki? Uşaq sağlamdır, yoxlatdırmışıq da... Həkim məndən yenə soruşur ki, heç yoxlarıdır, 100-200 manat da yoxdur? Özü də deyir ki, əməliyyat 600 manatdır. Mən deyirəm ki, əməliyyata pul yoxdur, uşaq qarnında öləsi deyil ki. Yoxudur da bu adamın... O vaxtdan qız xəstəxanada qalıb...»
Lalə Haşımova deyir ki, üç gün sonra həkim Lalə Şəkərəliyeva Ruhiyyəni başqa xəstəxanaya – 7 saylı xəstəxanaya göndərməyi məsləhət görüb. Amma bir şərtlə. Yaxınları məsuliyyəti boyunlarına götürüb, sənədə imza atsınlar ki, özləri xəstəxananı dəyişdirirlər. Razılaşmayıblar.
Artıq bir həftədir ki, Ruhiyyə Hüseynova xəstəxanadadır. Yaxınları deyir ki, doğuş sancıları gələndə, ona iynə vurur sakitləşdirirlər ki, sancı kəssin.
«BAŞIMI AĞRIDACAQLAR»
Deyilənləri araşdırmaq üçün Ruhiyyənin yatdığı xəstəxanaya da getdik. Onun palatasının pəncərəsini döydük. Hamilə qadınlara xas bəxtəvərlikdən üzündə əsər-əlamət yoxdur. Ürkək, «danışsam pis olmaz ki» deyən qorxu, təlaş dolu gözlər. Gözü qapıda, narahatlıqla deyir ki, məndən heç nə danışmayın. Keçən dəfə qəzetə danışdım başım ağrıdı.
«Başımı ağrıdacaqlar».
Amma elə bunu demişdi ki, dildən pərgar palata yoldaşı sorğu-suala başladı. Bizim kim olmağımızı, haradan gəlməyimizi xəbər aldı. Sonra da hay vurdu ki, siz gələndən sonra bizi həkimlər incidirlər. Elə bu hay-küyə də tibb bacıları, həkimlər tökülüşüb gəldi. Baş həkimin icazəsi olmadan danışmağa ixtiyarı olmadığını deyən də tapıldı, Ruhiyyəyə göz ağardan da. Onsuz da danışmağa çəkinən Ruhiyyə bu dəfə otağın küncünə çəkildi. Vəziyyətin lap ağ olduğunu görən tibb bacıları bu dəfə özləri Ruhiyyənin danışmasını istədilər:
«Danış da, niyə qorxursan? Səni incidən varsa onu de. Niyə utanırsan? Söz çıxıb, onu aydınlaşdırmaq lazımdır. Sanitarlardan bəlkə narazılığın var? Çay, çörək vermirlər? Pul istəyirlər?... Deyəsən, narahat olur, ay xanım...»
Bu təkidlərdən sonra Ruhiyyə astadan deyir ki, hamiləliyin 37-38-ci həftəsindədir. Həkimlər də ona bir həftə vaxt qoyublar.
- Hər şey yaxşıdır. Həkimlər üstümdə əsir.
- Nə deyirlər? Yaxşısansa niyə bəs evə buraxmırlar?
- İcazə vermirlər. Deyirlər ki, təzyiqin var. Gah qalxır, gah düşür. Həkim deyir ki, əməliyyat etməyəcəyik...
Yenə tibb bacıları söhbətə qarışır və deyirlər ki, hər şey doğuş vaxtı bilinər, əməliyyat olunsun ya yox...
Çaşqın gözlərlə ətrafa baxan Ruhiyyədən ən böyük arzun nədir soruşuram. Astadan dillənir: «Ən böyük arzum evdə olmaqdır...».
«HAMİLƏDƏN POLİSDƏN ÇOX QORXUR»
Xəstəxananın baş həkimi Akif Abdullayevin yanına yollanırıq. Rəsmi müsahibədən imtina edir. Əvəzində yanımızdaca, ertəsi günə – oktyabrın 15-i səhər saat 10-a xəstənin həkimi Lalə Şəkərəliyeva ilə müsahibə təyin edir. Amma xəstənin də iştirakı ilə. Çox çək-çevirdən sonra deyir ki, bu məsələ mətbuata çıxandan sonra özü də baş həkim kimi araşdırma aparıb. Xəstəni çağırtdırıb, ondan pul istənib-istənmədiyini soruşub. O da deyib ki, indiyədək sanitara bir manat pul verib.
Ruhiyyədən fərqli olaraq baş həkim xəstənin 37-38 həftəlik yox, 32-34 həftəlik hamilə olduğunu, vəziyyəti yaxşı olmadığı üçün də doğuşa qədər xəstəxanada saxlandığını deyir.
«Ruhiyyəyə kömək edin» deyirik.
Cavabında «Biz hamilə qadının üstündə əsirik. Ondan polisdən çox qorxuruq. Çünki uşaq doğulandan 42 həftə ərzində ona cavabdehik» söyləyir.
ANA VƏ KÖRPƏ GÖZLƏYİR
Ruhiyyənin qonşusu Lalə Haşımova ilə yenidən zəngləşirik. Deyir ki, Ruhiyyəni qorxudublar, kasıb, təhsilsiz qız qorxudan danışmır. Amma o, istənilən vaxt, istənilən yerdə həkimin ona və Ruhiyyəyə dediklərini təkrar etməyə hazırdır.
Həkimsə ilkin baxışda uşağın ana bətnində əziyyət çəkdiyini, doğulmağa hazırlaşdığını deyibmiş...
Ruhiyyənin otağına boylanırıq. Pəncərə artıq bağlanıb. Bu pəncərə arxasında yaşı 30 haqlamış bir ana təsəvvür edin, aylardır körpəsini qucağına almağa hazırlaşır. Onun səsini eşitməyə, gözlərinin rəngini görməyə, onun qucağına alıb layla oxumağa, oxşamağa-əzizləməyə tələsir. Aylardır.
Günün birində o körpə doğulmağa çalışır. Amma həkim dediyi kimi, «ana bətnində əziyyət çəkən» körpənin doğulmasına deyəsən, hələ icazə yoxdur.
Ana isə sadəcə, yol gözləyir. Günlərdir. Təlaş və çaşqınlıq içində. İcazə veriləcəyi saatı gözləyir...