Tanınmış detektiv yazarı Çingiz Abdullayevin Modern.az saytına müsahibəsi.
- Sizin dedektiv janrında yazmağınıza atanızın prokurorluq sistemində işləməsi təsir etməyib?
- Mənim ulu babam, babam hüquqşünas olub. Qrdaşlarım, əmilərim də… Uşaqlarım da hüquqşünasdır.
Uşaqlıqdan bilirdim ki, mən də hüquqşünas olacam. Yəni bizdə beş nəsil hamısı hüquqşünasdır. Sovet vaxtı uşaq baxçasında soruşanda, hamı kosmonavt olmaq istəyirdi, amma mən hüquqşünas.
10-cu sinifi qurtaran kimi hüquq fakültəsinə qəbul oldum.
Ona görə də bu peşənin yaradıcılığıma təsirini istisna etmirəm. Təbii ki, mən əgər həkim olsaydım, onda gərək həkimlərdən yazardım.
Mən bu peşəni bilirəm, özümü hüquqşünas hesab edirəm. Belə deyək- hobbisi yazıçı olan hüquqşünas... Hüquq isə həyat reallıqlarını əks etdirir. Mərhum rejissor Rasim Ocaqov mənə deyirdi ki, sən insanları aldadırsan.
O deyirdi ki, sən dedektiv yazdığını desən də, əslində həyatı yazıb onu dedektiv şəklində insanlara təqdim edirsən. Əsərlərimə çəkilən filmlərimə baxan jurnalistlər deyirdilər ki, bizi niyə aldadırsınız? Axı bu dedektiv deyil, əslində faciəvi bir məhəbbət hadisədir.
Mən əsərlərimin hamısına dedektiv adı qoyuram. Çünki bunu hamı qəbul edir. Nə edəsən, dedektiv belədir də…
Ciddi ədəbiyyat deyil, amma onu oxuyurlar. Dedektiv əsərlərini ən çox cavanlar oxuyur. Gənclər kitab çox oxuyanda bu məni sevindirir. Mən istəyirəm ki, cavanlar daha çox oxusunlar.
- Karyeranızda Kommunist Partiyası ilə bağlı yerlər də var. Qaradağ rayon Partiya Komitəsində, digər yerlərdə məsul işlərdə çalışmısınız. Sərbəst düşüncəli bir şəxsin Kommunist Partiyası ilə fikirləri üst-üstə düşürdümü? Döğurdanmı kommunizmə inanırdınız?
- Bəli kommunist partiyasının müxtəlif orqanlarında işləmişəm. Mənimlə işləyən adamlar bir ağızdan deyirdilər ki, SSRİ-ni, Kommunist Partiyasını yıxan Çingiz Abdullayev oldu. Mən sizə maraqlı bir əhvalat danışım.
Rayon partiya komitəsində yeganə vəzifəli şəxs idim ki, o zaman SSRİ-də aparılan anti-alkoqol kampaniyasına qarşı çıxmışıdım.
Nə qədər təkid eləsələr də, mən anti-alkoqol cəmiyyətinə daxil olmadım, üzvlük haqqı olan 1 rublu da ödəmədim. Mən hesab edirdim ki, bu cəmiyyətə daxil olmaq mənə təhqirdir.
Çünki mən ömrümdə spirtli içki içməmişəm. Raykomda işləyəndə başıma maraqlı hadisə gəlmişdi. Bizdə bir qadın katib var idi, mən hər dəfə məruzəni hazırlayırdım, üstündən qara xətt çəkib deyirdi ki, düz yazmamısınız. Bir dəfə, iki dəfə….
Axırda hirsləndim. Növbəti dəfə məruzə hazırlayanda Leninin məruzələrini köçürüb verdim ona. İnanmazsınız…Qadın düz dörd yerdə Leninin yazdıqlarının üstündən qara xətt çəkib yazmışdı ki, siyasi-ideoloji baxımdan zəifdir.
Mən də məruzəni apardım rayon Partiya Komitəsinin birinci katibinə.
Dedim yoldaş katib, bu Leninin məruzəsinin üstündən xətt çəkib pozursa, onda mən bədbəxt nə edim… Hamı başladı gülməyə..
Amma 90-cı illərdə kütləvi şəkildə partiya biletlərini atanda mən onu saxladım.
Mən və Mirzə İbrahimov tullamadıq partbiletimizi… Biletlərini atanlar sonra yenə geri götürdülər…1991-ci ilin avqustunda yenə də atdılar.
- Sizin siyasi baxışlarınız necədir?
- Mən solçuyam. Düzdür kommunistlərin bəzi şeylərinin çoxu ilə razı deyildim, Amma məncə, o cəmiyyət daha sosial və ədalətli idi, insanlara daha çox kömək edirdi.
Mənim haqqımda Anarın bir sözü var. Sosialist baxışları ilə kapitalist yazıçısı… Mən düşünürəm ki, çəmiyyətdə sosial ədalət olmalıdır. Fikrimcə, əsl yazıçı solçu olmalıdır.
- Sizin təbirinizcə desək, xeyli kapitalist ölkələrində olmusunuz. Oradakı həyat tərzi, münasibətlər fikirlərinizi dəyişə bilməyib?
- Nəinki, dəyişməyib əksinə möhkəmləndirib. 2000-ci ildə biz dünyanın tanınmış 140 yazıçısı Avropa ölkələrini gəzirdik. Bu səfərimizdə biz müxtəlif ölkələrin prezidentləriylə və krallarıyla görüşürdük.
Getdiyimiz ölkələrdə bizə xüsusi qatar ayırmışdılar və biz onunla gəzirdik. Aramızda 5 Nobel mükafatı laueratı və digər nüfuzlu mükafatların sahibi olan dünyanın ən tanınmış yazıçıları var idi. Tədbirlərə gedərkən hiss edirdim ki, bizə təyin edilmiş tərcüməçilər hamısı narazıdılar.
Mən sonra bildim ki, bu 140 yazıçının hamısı ya komminist, ya da sosialistdir.
Tərcüməçilər buna təəccüb edib və rahatsız olmuşdular. O vaxt Roma Papası II İohan Pavel məktub göndərmişdi ki, Jose Saramaqoya Nobel mükafatı verməsinlər.
Jose Sarama cavab vermişdi ki, 1 milyon dollardan və Nobel mükafatından imtina edərəm amma fikrimdən imtina etmərəm.
Yazıçı Dario Fo bununla bağlı yaxşı bir söz deyib. Deyib ürək soldadır. Əgər yazıçının ürəyi ağrımırsa, xalqı fikirləşmirsə, yalnız varlıları düşünürsə, o yazıçı deyil.
Sizə deyim ki, amma SSRİ dağılmasaydı məni partiyadan hökmən çıxaracaqdılar. Əbülfəz Qarayev Allah şahididir, bir yerdə oxumuşuq. O, həmişə məni saxlayırdı ki, bunu demə, o hərəkəti etmə.
Partokratiyanın axmaq şeyləri var idi ki, mən həmişə qarşı çıxırdım. Deyim ki, o sistemdə həqiqətən heç kəs heç nəyə inanmırdı.
Hamısı yalan danışırdı. Bir tərəfdən ədalətdən danışırdı, o biri tərəfdən rüşvət götürürdü. Mənim böyük vəzifələrim olub, inzibati orqanlara baxırdım.
- Deyəsən rüşvətlə aranız olmayıb?
- Heç vaxt rüşvət almamışam. Bilmirəm bu necə olan şeydi. Yəqin ki, bundan sonra da öyrənməyəcəm. Çünki artıq 50 yaşım var. Tolstoyun yaxşı sözü vardı: “Yarıya qədər yaxşı olmaq olmaz, necə ki yarıya qədər hamilə olmaq olmur”.
Mən həmişə fikirləşirdim ki, rüşvəti alan öz vicdanın satır. Rüşvət almaq alçalmaqdır.
Bu fahişəlikdir. Mən bunu başa düşə bilmirəm.
Mən əgər Yazıçılar Birliyinə gəlməyib orda qalmış olsaydım, onda məni öldürərdilər. Ona görə ki, o inzibati sistemdə digər yerlərdə, harda işləyirsənsə, sən ordan götürüb, yuxarı verməlisən, yoxsa sən bu qaydanı pozmuş olursan.
Əgər sən bu piramidadan çıxırsansa sən bunların düşməni olursan.
- 139 adda, 27 dildə 25 milyon nüsxə kitab. Belə baxanda balaca Azərbaycanda yaşayan bir yazıçının bu qədər tirajda kitabının çap edilməsi adama birtəhər gəlir. Niyə sizi oxuyurlar?
- Bunu çox adam soruşur. Tanınmış yazıçı Con Mark demişdi ki, müsəlman olan yazıçı ümumiyyətlə detektiv yaza bilməz.
Ona görə ki, onların dini irrosional dindi. Xristianların dini rasionaldı. Şəkil çəkib konkret göstərirlər ki, bax bu İsa peyğəmbərdi, bu isə iblisdir.
Bizdə bu bu belə deyil. Bizdə Allah ürəyimizdədir. Biz ya inanırıq, ya inanmırıq. Bilirsiniz, mən oxunmağımı təkcə detektivlə əlaqələndirməzdim.
Görünür kitablarımda nəyəsə toxuna bilirəm, nəsə alınır. Detektiv yazıçıları çoxdur. Görünür ki, mən oxucularıma nəsə verə bilirəm.
Kitablarımı İsveç və Norveçdə 32 yevroya satırlar. Görəndə ki, insanlar bu kitabları həvəslə alır, az qala istəyirəm onlara deyim ki, ay balam, almayın bu qiymətə.
Mən o qədər də ağıllı deyiləm. Türkiyədə xeyli kitabım çıxıb, Amerikada, Fransada, Bolqarıstanda, Ruminyada və Ukraynada kitabımlarım nəşr olunub.
Sizə deyim ki, mən heç vaxt sifarişlə yazmamışam. Amma Ukrayna dilindəki bir kitabı sifarişlə yazmışam. Bu prezident Yanikoviçlə bağlı kitabıdır.
Bu bizim üçün də bir fəxrdir. 60 milyonluq Ukraynada yazıçı tapmadılar mənim yanıma gəldilər. Görünür mən insanlarda nəyə isə toxuna bilmişəm ki, insanlar oxuyur.
Mənə deyirlər ki, sən insanları başa düşə bilir, onları bizə çatdıra bilirsən. Çindəki səfirimiz Yaşar Əliyev kitablarımı Monqolustanda və Vyetnamda görüb.
Həmişə çalışıram kitablarımda yalnız həqiqəti yazım. Mənə deyirlər ki, sən elə acı həqiqətləri yazırsan ki, bu bizə təsir edir.
- Nə vaxt hiss etdiniz ki, məşhursunuz?
- İndiyəcən hiss etmirəm. 50 yaşım tamam olanda məni 14 min adam təbrik etdi.
Sevdiyim yazıçı Rey Bredberinin 90 illik yubleyi olanda isə onu 1milyondan çox adam təbrik etmişdi. Məni 1 milyon adam təbrik edəndə bilərəm ki, məşhuram.
Amma sizə deyim ki, mən Riqaya gələndə camaat vağzala məni qarşılamaq üçün gəlmişdi. Kamal Abdulla Slavyan Universitetində “ən sevimli yazıçı” mövzusunda sorğu keçirmişdi.
Sorğuda birinci yeri mən tutmuşdum. Özü isə beşinci yeri tutmuşdu. Sorğunun nəticələrindən də narazı qalıb tələbələrin üstünə qışqırmışdı ki, “sizdən filoloq çıxmaz.
Nə filoloqsuz ki, ədəbiyyatın klassikləri qala-qala, siz Çingizi birinci yerə çıxartmısınız”.
Görünür nəsə var ki, oxuyurlar..
- Məşhur olmağınız sizi narahat etmir?
- Yox narahat etmir. Amma mənim haqqımda ağlagəlməz söhbətlər yayılmışdı. Moskvada bu günə qədər deyirlər ki, Çingiz azərbaycanlı yox, yəhudidi. Belə ağıllı adam azərbaycanlı ola bilməz.
Mənim sürücümə deyirlər ki, siz bilmirsiz o, azərbaycanlı deyil.
Kitablarım təzə-təzə çıxanda Rusiyada deyirdilər ki, azərbaycanlı Çingiz Abdullayev hara siyasi dedektiv hara….
Mən yazmağa başlayanda, ruslar deyirdilər, sən Allah ona deyin ki, getsin qoyunlarını otarsın, ya da bazarda göyərtisini satsın.
O vaxt Mərkəzi Komitənin şöbə müdiri, bizim ailəvi dosumuz, indiki “Azərnəşr”in indiki direktoru Azər Mustafazadə məni çağırdı Mərkəzi Komitəyə. Dedi ki, Moskva sənin siyasi dedektiv yazmağından bir az narahatdır.
Demişdilər ki, o niyə siyasi dedektiv yazır? Getsin yazsın milisdən, kriminaldan. Dedektiv bizim “çörəyimizdir”. Mən də hirslə dedim ki, yazacam. Azər Mustafazadə də dedi ki, yazırsansa, elə yaz ki, onlarınkından yaxşı olsun. Sübut etmişəm ki, onlardan yaxşı yazmışam.
Daha çox mən təsir edən odur ki, Azərbaycan jurnalistləri arasında da bu söz-söhbətə züy tutanlar var.
Bəziləri deyir ki, mən oxumuşam, amma inanmırdım ki, azərbaycanlı belə yazsın. Mənim yoldaşıma neçə dəfə deyiblər ki, Çingiz tatardır, yəhudidir ya başqa millətdəndir. Amma mən azərbaycanlıyam və bununla da fəxr edirəm.
- Allaha inanırsınız?
- Azərbaycanda mənim kimi müsəlman yoxdu. Mən Məkkədə, Mədinədə, Nəcəfdə, Məşhəddə, Kərbəlada, Yerusəlimdə də olmuşam. Qüdsdə “Əl Əqsa” məscidinə heç kimi buraxmırlar.
Azərbaycanlı olduğumu bilib buraxdılar. İnam barədə mərhum şair Qabilin yaxşı sözü var.
O, deyirdi ki, “mən Allaha inanıram, amma onun təsərrüfatına inanmıram”. Yəni cəhənnəmə və cənnətə. Təbi ki, nə qədər çox inamırsansa, Allah o qədər çox sənə deyir ki, “mən varam”. Amma o biri tərəfdən də görünür mən bir balaca aqnostikəm.
Bunu demişəm yazıblar ki, Çingiz krişnaçıdır. Çox istərdim ki, o dünya olsun, inanım o dünyaya. Mən çox istərdim biz sizinlə cəhənnəmdə görüşək. Çünki cənnətdə bir az rahatsız olardıq. Amma cəhənnəmdə yaxşı kampaniya olardı.
Mən dünyanı idarə edən nəsə qeyri-adi bir gücün olduğuna inanıram.
Amma o biri həyata, o biri dünyaya inanmıram.
- Halal və haram anlayışı sizin üçün hansı mənanı kəsb edir?
- Ən böyük mənanı. Pul cəmiyyətin aparıcı qüvvəsidir. Sənin bu pulları necə qazanmağından çox şey asılıdı. Bəlkə də mən ona görə deyirəm ki, mənim bəxtim gətirib. Xüsusi istedadım var, pul qazana bilirəm.
Başqaları tapmır və oğurlayır. Mən indiyəcən haram pul yeməmişəm. Çünki belə yaşayanların Allah gec-tez cəzalarını verir. Haram pullar gec-tez özünü göstərir.
Onunla nəsə tikə bilmirsən, onu övladlarına verə bilmirsən. Mən öz əsərlərimdə də bunu çox vaxt göstərməyə çalışmışam. Bir kişi çıxıb deyə bilməz ki,
Çingiz Abdullayev kimdənsə rüşvət alıb ya da məni satıb, nəsə mənə qarşı edib. Mən heç kəsi heç vaxt satmamışam. Bir qadın deyə bilməz ki, mən onu aldatmışam.
Bilmirəm o dünya var ya yox, amma elə olmalısan ki, heç olmasa bu dünyada insanların gözlərinin içinə baxıb, deyə biləsən ki, sən adam kimi yaşamısan.
Bu çox vacib bir şeydir. Neçə dəfə olub mən küçədə gedəndə insanlar mənə yaxınlaışb sadəcə əlimi sıxmaq istədiklərini deyiblər.
- Yaxşı kitab anlayışı sizcə nəyı ehtiva edir?
- Yaxşı kitab insana kömək etməlidir. Həyatda özünü saxlamaq, özünün yaşamını qurmaqda kömək etməlidir.
Bilirik ki, biz istəsək də, istəməsək də, Allaha inansaq da, inanmasaq da hamımız bu dünyadan gedəcəyik.
Bilirik ki, əslində nə qədər biz xoşbəxt yaşasaq da, axırı faciəli olacaq. Hamımız gedəcəyik. Bütün bunlardan sonra da əgər biz sevə, uşaq böyüdə biliriksə, binalar, Allah evləri tikiriksə, görünür içimizdə inam deyilən nəsə var. Bizi saxlayan, bizə kömək həmin bu inamdır.
Bu inamı da insanlarda mədəniyyət, incəsənət saxlayır. İlk növbədə ədəbiyyat. Bunlar olmasaydı, bəlkə də insan vəhşi olardı.
- Aparılan sorğular göstərir ki, Azərbaycanda əhalinin cəmi 8 faiz kitab oxuyur. Bu faiz digər qonşularımıza baxdıqda niyə azdır?
- Deyirlər ki, Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat güclü ordudur. O biri tərəfdən də deyim ki, YUNESKO 2012-ci ili rəsmi olaraq Ermənistanda “Kitab ili” elan edib.
Mən bunu eşidəndə yerə girdim, ürək ağrısı keçirdim. Avropada yeganə paytaxt Bakıdır ki, burada kitab mağazaları yoxdur. Cəmi 4 kitab mağazası var bu boyda şəhərdə…
Düzdür “Qrafika”, “Əli və Nino” açılıb. Amma bu mağazlarda qələm də satılır, kukla da. Halbuki bizdə 108 kitab mağazası var idi. Onları bağlayıblar. Oxumuruq ona görə ki, ilk növbədə təbliğat yoxdur.
Bu böyük faciədir. Mütləq bununla bağlı nazirlik olmalıdır. Bizim kitablarımız, kitab mağazalarımız olmalıdır.
Təkcə Azərbaycan dilində deyil, ingilis, rus və digər dillərdə olmalıdır. Ermənistan və Gürcüstanda 39-44 faiz kitab oxunur. Bizdən sonra yalnız Türkmənistandır.
Ola bilsin əlifba məsələsi, uzun müddət kitabın olmaması, bu kimi hallar kitab oxunmasını azaldıb. İndi prezidentin fərmanı ilə kitablar nəşr olunmağa başlayıb.
Əgər kitab oxunmursa, o millətin gələcəyi yoxdur. Mən bizim akademiklərdən soruşuram ki, sizin evinizdə latın əlifbasında dünya ədəbiyyatı kitabxanasından hansı kitablar var?
Deyirlər yoxdur… Bəs bunlar belə olanda adi vətəndaş nə etsin?
- Sizin tərcumeyi-halınızda miflərə də rast gəlirik. Çauşeskiyə sui-qəsd planında iştirakınıza görə Rumıniyadan çıxarılmağınızdan tutmuş Namibiyada, Anqola inqilab komandirlərinin mühasirədən çıxarılan müdhiş hərbi əməliyyatda iştirakınıza qədər. Hətta deyirlər ki, Namibiyadakı əməliyyatdan cəmi dörd nəfər sağ çıxıb. Biri də siz olmusunuz… Deyəsən Dronqo yaşayır…
- Düzdür. Rumıniyadan məni çıxarıblar. Görünür o vaxt Çauşeski sisteminin əleyhinə etirazla bağlı nəsə bilmişdilər. Sənədlərimdə yazıdılar ki, mən heç vaxt Rumıniyaya gəlməyim. Amma sui-qəsdlə bağlı deyilənlər şişirdilib.
Bu şaiyələr görünür mənim Çauşesku haqqında yazdığım kitabdan qaynaqlanıb. Mən Çauşeski haqqında yazdığım kitabı rumın dilinə tərcümə etməyi qadağan etmişdim ki, çap olunmasın.
Sonralar mənə xahişlər gəlirdi ki, buna icazə verim. Axırda Rumıniyanın prezidenti İlyesko gəldi. O, yaxşı rusca oxuyurdu. İcazə aldılar məndən.
Çox sağ olsun Eldar Həsənov, onun köməkliyi ilə rumın dilində kitabı buraxdılar. Həmin kitaba da Ruminyanın müdafiə naziri olmuş generalı ön söz yazdı.
Yazmışdı ki, kitabda olanların hamısı həqiqətdir. Yazıçı hələ az yazıb. Bu kitabdan sonra onu həbs etdilər. Namibiyaya gəlincə düzdür, Afrikada olmuşam.
Amma məsələ heç də belə olmayıb. Təbii ki, Dronqonu özüm uydurmuşam. Anqolada olmuşam, amma əsərdə yazılan kimi olmayıb.
- Miflər sizə kömək edir, yoxsa mane olur?
- Əslində kömək də edir. Mənim oğlum soruşur ki, ata sənin tərcümeyi-halında yazırlar ki, keçmiş agent olmusan, güllə atıcılığı, boks üzrə çempionsan. Deyirəm bəli olmuşam. Bir dəfə jurnalistlər dedilər ki, gedək güllə atıcılığı üzrə sizi yoxlayaq.
Getdik beş virtual quldurun dördünü öldürdüm, birini yaraladım. Oğlum Parisdə olanda mənə dedi ki, “TİR”-ə gedək.
Orada nə qədər priz var idi, hamısını qazandım. Məndən tapançanı aldılar ki, siz bundan sonra oynaya bilməzsiniz. Amma prizləri verdilər.
Oğlum elə sevinirdi. Mən bunu təzə çəkilmiş filmimə də salmışam. Təzə film hazırlanır, adı “Çevrilmiş Dünya”dır.
Qəhrəmanın atası polis işləyir. Oğlu gəlir atasına deyir ki, sən də ata bilərsən? O da atır, bütün prizləri qazanır. Yazıçı gərək kitablarına görə tanınsın.
Əgər mənim kitablarım olmasaydı siz də bura gəlməzdiniz. İnsan var məndən də yüz qat maraqlı həyatları olub. Mən belə bir azərbaycanlı tanıyıram.
Hindistanda SSRİ kəşfiyyat rezidentinin müavini olub. Neçə dil bilir. Adını çəkməyəcəyəm. Universiteti qurtarandan sonra xüsusi kəşfiyyat məktəbi qurtarıb.
Onun maraqlı həyatı olub. Siz onu tez-tez bizim prezidentin yanında görürsünüz. Yazıçını kitabla tanımaq lazımdır, onu həyatı ilə yox…
- Həyatda uğur formulunu nədə görürsünüz?
- İnsan kimi yaşamaqda. Ən çətin şeydir bu. Özünü saxlamaq, yalan danışmamaq, yaltaqlanmamaq. Neçə dəfə olub ki, harasa gedirik, Anar məndən xahiş edib ki, heç olmasa bu gün sus.
Mən də deyirəm ki, onda getməyim. Rusiyada Azərbaycan forumu olanda danışmaq üçün mənə söz verdilər. Ordakı qonaqlara öz mövqeyimi dedim..
Mən ruslara dedim ki, Kuril adalarını, 4 balaca yeri yaponlara vermirsiniz, amma bizə deyirsiniz ki, 25 faiz torpağınızdan əl çəkin. Ermənistanda böyük bazanız var. Sonra mənə deyirlər ki, bəs sən qorxmursan? Sənin kitabların orada çıxır.
Bilirsiniz, yazıçı desə ki, nəyisə yazmağa, nəyisə etməyə, deməyə qorxuram, onda hər şey itir. Uğur odur ki, insan kimi yaşamaq, insan kimi də bu həyatı keçmək.
Düzlükdə, özün kimi yaşamaqda, həyatda təmiz olmaqda görürəm uğuru. Əgər səni yüz adam oxuyursa, bu da bir uğurdur.
Bill Qeys deyib ki, sənin ən böyük uğurun işinə görə aldığın qonarardır. 10 dollar da qazanmaq uğurdur. Baxın “Əli və Nino” kitabxanasında 38 min kitab var. Mən yazanda elə yazmalıyam ki, 38 min kitaba baxmağa gələn mənim kitabımı alsın.
- Qarabağ alınmayana qədər Azərbaycanda çap olunan kitablarınızdan qonarar almayacağınızı bildirmisiniz.
- Bəli. Mən demişəm ki, Qarabağ geri alınmayana qədər mən burada pul almayacam. Mən Yazıçılar Birliyindən də maaş almıram. Kitablardan gələn gəliri də xeyiriyyə fondlarına köçürürəm. Bunu Azərbaycana köməyim hesab edirəm.
- Əminsinizmi bu pullar ora köçürülür?
- Bəli. Mən bununla bağlı işlərə ciddi nəzarət edirəm.
- Azərbaycan ədəbiyyatının bu günkü vəziyyəti necədir? Ümidverici imzalar varmı?
- Son 20 ildə yaşamadı bizim ədəbiyyat… Müharibə var idi, çətinlik var idi. Bu da ədəbiyyatın inkişafına əngəl törədirdi. İndi cavanlar var, Qulu Ağsəs, İlqar Fəhmi, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu var.
- Azərbaycanda yaranmaqda olan alternativ ədəbiyyat haqda nə deyə bilərsiniz?
- Bilirsiniz, bir yazıçının Azərbaycanda bir kitabını 100 adam alırsa, demək bu adam yaradıb. Amma onun yazısını hətta qohumları belə oxumursa, o yazıçı deyil.
- Daha çox ədəbi yaradıcılqdan daha çox inzibati məsələlər dartışılır. “Anar sədr olsun, olmasın” kimi mübahisələrə sizin münasibətiniz necədir?
- Bilirsiniz, məndən yüz dəfə soruşsalar da, yüz dəfə də deyəcəm ki, Anar Yazıçılar Birliyinin sədri olmalıdır. Birinci Anar kimi Azərbaycan mədəniyyətini, ədəbiyyatını bilən yoxdur. Anar kimi Azərbaycan ədəbiyyatın dünyada təbliğ edən də yoxdur.
Onun bütün yazılarında Azərbaycandan keçən baxış, Azərbaycan mədəniyyətindən keçən baxış var. O 1500 illik Oğuz poeziyasını yazıb. Bunu heç kəs yaza bilməzdi. Yaxud “Dədə Qorqud dastanı”.
Təzədən bunu yazıb, film də çəkib. “Üzeyir Hacıbəyov” filmi nəyə desən dəyər. Anar ən yaxşı sədrdir.
- Hobbiniz nədir?
- Kitab oxumaq. Dünyanı gəzmək. 79 ölkədə olmuşam. Bir Antraktida qitəsində olmamışam…
- Dünya köhnə dünyadır?
- Dünya çox modern bir dünyadır. Gözəl dünyadır. Mən həmişə cavanlara deyirəm, gedin dünyanın gözəlliyini görün. Gözəl ölkələri, gözəl mətbəxləri… Onda bəlkə də həyatı daha çox sevecəksiniz.
- Sizin sevdiyiniz dedektiv yazıçı varmı?
- Jorj Slinoru, Aqata Kristi, Konan Doylu, Con Makleri sevirəm. Amerikanın bu günkü yazıçılardan Pattersonu sevirəm. Onun kitabları xoşuma gəlir.
- Azərbaycanda davamçınız varmı?
- Hələki davamçını görmürəm. Azərbaycanda detektiv yazan çoxdur. Amma istərdim ki, səviyyəli olsun. Onlar əsərləri ilə heç olmasa Mahaçqalada və Tiflisdə tanınsınlar.
(ixtisarla)
Xaqani SƏFƏROĞLU
Vüqar AĞAMALIOĞLU
- Sizin dedektiv janrında yazmağınıza atanızın prokurorluq sistemində işləməsi təsir etməyib?
- Mənim ulu babam, babam hüquqşünas olub. Qrdaşlarım, əmilərim də… Uşaqlarım da hüquqşünasdır.
Uşaqlıqdan bilirdim ki, mən də hüquqşünas olacam. Yəni bizdə beş nəsil hamısı hüquqşünasdır. Sovet vaxtı uşaq baxçasında soruşanda, hamı kosmonavt olmaq istəyirdi, amma mən hüquqşünas.
10-cu sinifi qurtaran kimi hüquq fakültəsinə qəbul oldum.
Ona görə də bu peşənin yaradıcılığıma təsirini istisna etmirəm. Təbii ki, mən əgər həkim olsaydım, onda gərək həkimlərdən yazardım.
Bizdə bir qadın katib var idi, mən hər dəfə məruzəni hazırlayırdım, üstündən qara xətt çəkib deyirdi ki, düz yazmamısınız. Bir dəfə, iki dəfə….
Axırda hirsləndim. Növbəti dəfə məruzə hazırlayanda Leninin məruzələrini köçürüb verdim ona. İnanmazsınız…Qadın düz dörd yerdə Leninin yazdıqlarının üstündən qara xətt çəkib yazmışdı ki, siyasi-ideoloji baxımdan zəifdir.
Oğlum Parisdə olanda mənə dedi ki, “TİR”-ə gedək.