Venesuella prezidenti Uqo Çaves bu gün rusiyalı həmkarı Dmitri Medvedev və baş nazir Vladimir Putinlə görüşür.
Çaves Rusiya ilə diplomatiK əlaqələri genişləndirmək üçün Rusiyaya səfər edib. İki ölkə rəhbərliyi arasında nüvə enerjisi, Rusiya tanklarının alınması da daxil olmaqla hərbi-texniki əməkdaşlıq, neft-qaz sənayesinə aid məsələlər müzakirə ediləcək.
Son 3 ildə Çaves Rusiyadan azı 5 milyard dollarlıq silah-sursat alıb.
Gözlənilir ki, danışıqların yekununda ölkələr arası əməkdaşlığın istiqamətini müəyyən edən «fəaliyyət planı» imzalanacaq,