Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:09

Xərçəng müasir dövrün xəstəliyimiş...


Daily Telegraph, Richard Alleyne

Qədim Misirdə və Cənubi Amerikada tapılan 1000-ə qədər mumiyanı tədqiq edən alimlər onlardan yalnız bir neçəsində şiş əlaməti müəyyənləşdiriblər. Halbuki indi hesab edilir ki, hər üç ölümdən birinin səbəbi xərçəngdir.

XƏRÇƏNG - SƏNAYE İNQİLABINDAN BƏRİ...


Tədqiqatlardan belə nəticə çıxır ki, müasir həyat tərzi və sənaye istehsalı zamanı çirklənmə bu xəstəliyə səbəb olur, yəni xərçəng təbii şərait nəticəsində yaranmır.

Tədqiqat göstərdi ki, xəstəlik sənaye inqilabından bəri inkişaf edib.

İndi ümid edilir ki, yalnız Böyük Britaniyada hər il 150 min adamın həyatına son qoyan xərçəngin mənşəyini daha yaxşı başa düşməyə və xəstəlikdən müalicəyə imkan yaradır.

Mançesterin Universitetinin professoru, biotibb misirşünas Rosallie Devid deyir ki, sənayeləşdirilmiş cəmiyyətlərdə xərçəng ölümün səbəbi kimi ürək-damar xəstəliyindən sonra ikincidir:

“Ancaq qədim zamanlarda, bu çox nadir idi. Təbiətdə xərçəngə səbəb olası heç bir səbəb yoxdur. Beləliklə, bizim yemək və həyat tərzimizin dəyişməsi, o cümlədən, çirklənmə nəticəsində bu, süni xəstəlik olmalıdır. Xərçəng müasir həyat tərzinin yaratdığı müasir xəstəlikdir”.

3 MİN İLLİK MUMİYALAR TƏDQİQ EDİLİB


Professor David və həmkarı professor Michael Zimmerman xərçəngin mənşəyini aşkar etmək üçün 3 min illik yaşı olan yüzlərlə mumiyanı, daşlaşmış qalıqları və antik tibbi mətnləri tədqiq ediblər.

Bütün sınaq və yoxlamalara baxmayaraq, mütəxəssislər cəmi beş şiş halı tapıblar ki, onun da çoxu zərərsiz olub.

Amma belə fikirlər də səslənir ki, qədim insan xərçəngin kifayət qədər inkişaf etməsi üçün çox yaşamayıb. Tədqiqat aparan mütəxəssislər isə bu arqumentləri rədd edirlər. Onlar zəngin və kasıb təbəqədən olduğu bəlli olan, 25-50 yaş arasındakı mumiyalarda xərçəngi öyrəniblər.

Xərçəng diaqnozuna onlar yalnız bir naməlum mumiyada rast gəliblər.

Müasir yazılar göstərir ki, xərçəngin sürətli artımı sənaye inqilabından sonraya təsadüf edir.

3 ADAMDAN 1-İ XƏRÇƏNG OLACAQ?

Professor Zimmerman deyir ki, cərrahi əməliyyatın mümkünsüz olduğu antik dövrdə xərçəngin sübutları qalardı. O, şişin bu uzun vaxt ərzində parçalanması ilə bağlı deyilənlərlə razılaşmır. Onun eksperimental tədqiqatı göstərib ki, onlar normal toxumalardan daha yaxşı qorunub.

Bacatəmizləyənlərdə kişi cinsiyyət üzvündə xərçəng 1775, burun xərçəngi tütün çəkənlərdə 1761-ci ildə müşahidə olunub.

Dünya Xərçəng Araşdırmaları Fondundan doktor Rachel Thompson deyir ki, tədqiqat “çox maraqlı” idi:

“Böyük Britaniyada təxminən üç adamdan biri xərçəngə tutulacaq. Alimlər indi sağlam pəhrizdən danışırlar, düzgün fiziki aktivlik və sağlam çəki xərçəngə mane ola bilər, yəqin ki, bizim əcdadlarımızın həyat tərzi onların bu dərdə mübtəla olma riskini azaldıb”.

Amma Böyük Britaniyanın Xərçəng Araşdırmaları ofisinin mətbuat üzrə rəhbəri Jessica Harris deyir ki, xərçəngin yalnız süni xəstəlik olması fikrini irəli sürmək səhvdir:

“Bu, bizim həyat tərzimizə nəzarət etməkdən çox, çirklənmə və kimyəvi preparatlardan narahatçılığımıza gətirib çıxara bilər ki, bu da aldadıcı ola bilər və xərçəng riskini azaltmaz”.

Tərcümə etdi: Səadət Akifqızı
XS
SM
MD
LG