“Bu mövzunu Şərqdə 42 şair işləyib. Onlardan biri də Əlidir. Bizim üçün Əlinin yazdığının ən böyük əhəmiyyəti ondadır ki, bu əsəri ana dilində - türk dilində qələmə alıb”.
Bu sözləri AzadlıqRadiosunun “İz” proqramına Qul Əli təxəllüslü şairin “Qisseyi-Yusif” dastanı barədə danışan araşdırıcı alim Elməddin Əlibəyzadə söylədi.
Onun sözlərinə görə, Qul Əli “dünyanın ən gözəl sevgi hekayətini nəinki türk dilində yazıb, hətta bu əsərə yeri gəldikcə türk ləyaqətini də əlavə edib”.
“QİSSEYİ-YUSİF” NİZAMİ SƏVİYYƏSİNDƏ YAZILIB?!
E.Əlibəyzadənin fikrincə, Nizamidən sonra Azərbaycan ədəbiyyatı tarixinə düşən ən böyük şair Qul Əlidir. Onun “Qisseyi-Yusif” dastanının Nizami səviyyəsində yazıldığını deyən araşdırıcı-alim Qul Əlinin müasiri Nizamidən təsirləndiyini vurğulayaraq əlavə edir: “Bir üstünlüyü var ki, ana dilimizdə yazılıb. O üzdən bu əsər bizim üçün daha qiymətlidir”.
QUL ƏLİNİN HƏYATI BARƏDƏ HEÇ BİR BİLGİ YOXDUR…
Təkcə Nizaminin müasiri olduğu bilinən bu böyük şairin həyatı, hansı bölgədə doğulması barədə tarixdə heç nə yoxdur. Təxəllüsünün Qul olmasını isə qonağımız belə izah edir: “O özünü xalqın qulu hesab edib, bu mənadadır. Əslində bütün orta əsr şairləri şeirlərində özlərinə təvazökarlıqla “qul”- deyə müraciət ediblər”.
CƏMİ BİR ƏSƏRİ BİZƏ ÇATIB…
E.Əlibəyzadə “QisseyiYusif”in şairin bilinən yeganə əsəri olduğunu diqqətə yetirir: “Bu klassikadır. Bu əsəri yazan adamın başqa əsəri olmaya bilməz. Təəssüf ki, bizə gəlib çatmayıb”.
Əsərdə insan probleminin, insan gözəlliyinin qabarıq təsvir edildiyini deyən qonağımız “Yusifin gözəlliyi ilə ideyalarının gözəlliyi vəhdət şəklində bir-birini tamamlayır”söylədi.
QUL ƏLİ NİZAMİ İDEYALARININ DAVAMÇISIDIR
Qul Əlini Nizami ideyalarının davamçısı sayan qonağımız “Bu ideyalar nədir”sualını özü də cavablayır: “Əsərin baş problemi insan problemidir - insanın azadlığı, ləyaqəti, dözümü…Və inanın ki, bütün bunlar Nizami səviyyəsində qoyulur və həll olunur”.
DASTANIN DİLİ NECƏDİR?
Dastanin dilinin təxminən “Kitabi-Dədə Qorqud”un dili ilə səsləşdiyini vurğulayan alim: “Həmin dildir, bir az ərəb-fars tərkibləri var, o da dövrün təsiridir”dedi.
Züleyxa der: Əya, Yusif, nə sanursan?
Könülündən nə keçürər, nə umarsan?
Ayıt bana sən kimidən qorqarısan?
Yiğitlikdən hərgiz zövqün yoqtur imdi.
ELÇİBƏYİN ADI KİTABDAN NECƏ ÇIXARILDI?
Dastanı iki Əbülfəzlə - Əbülfəz Hüseyni və Əbülfəz Əliyevlə (Elçibəy) birgə çapa hazırladıqlarını deyən Elməddin Əlibəyzadə aradan uzun illər keçəndən sonra kitabın yeni nəşrindən xəbər tutur:
“12 yanvar 2004-cü il tarixli prezident sərəncamı ilə çıxan kitablar siyahısındaymış. Sağ olsunlar, heç nəyə toxunmadan çap ediblər. Amma təkrar nəşrdə kitabın redaktorunun - Əbülfəz Elçibəyin adını çıxarıblar. Çox təəccübləndim. Susdum, ancaq ürəyimdə ağrı kimi qaldı”.
--Qonağımız Nizaminin farsca yazmasını necə əsaslandırdı?
--E.Əlibəyzadə Qul Əlinin izinə necə düşdü?
--Onun əsərinin üzünü hansı ölkənin kitabxanalarından tapıb çıxardı?
--Elməddin müəllim “Yusif-Züleyxa” sevgi tarixçəsini necə anlatdı?
--Qonağımız bu mövzuda İranda çəkilən serial barədə nələr söylədi?
--Elməddin müəllim nədən Yusifə baxıb “hökmdar belə olmalıdır, xalqın qayğısına qalan insan belə olmalıdır” dedi?
DİNLƏYİN